Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/43/15-20

Müjkan Məmmədzadə

Hərbi Elmi Tədqiqat İnstitutu

pedaqogika üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0001-5693-3748

mujkan@mail.ru

 

Azərbaycanda ali hərbi təhsilin inkişafının tarixi-pedaqoji tədqiqi

 

Xülasə

Məqalədə Azərbaycanda ali hərbi təhsilin tarixi inkişafı, onun əsas mərhələləri, pedaqoji yanaşmaları və beynəlxalq təcrübənin tətbiqi araşdırılır. Tarixi mənbələr və rəsmi sənədlər əsasında ali hərbi təhsilin inkişaf mərhələləri, SSRİ dövründə və müstəqillikdən sonra keçdiyi dəyişikliklər təhlil edilir. Məqalədə həmçinin, Azərbaycan ərazisində hərbi təhsilin ilkin formalarından bəhs olunmuşdu. Belə ki, erkən dövlət qurumlarının meydana gəlməsi ilə hərbi təlimlər sistemli şəkildə tətbiq olunmağa başlamışdır. Manna, Midiya və Atropatena kimi qədim dövlətlərdə döyüşçülərin hazırlan­ması xüsusi əhəmiyyət kəsb edirdi.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsi ilə müstəqil dövlətin hərbi potensialını yaratmaq və gücləndirmək barədə əsas prioritetlər məqalədə öz əksini tapmışdır.

Azərbaycanın sovet hakimiyyətinə keçməsi ilə ölkədə hərbi təhsilin sovet modelinə uyğunlaş­dırılması prosesinin başlanması, hərbi təhsil sisteminin təşkilində əsas məqsəd olaraq Qızıl Ordu sıralarına yerli kadrların cəlb edilməsi və onların ideoloji baxımdan sovet təbliğatı ilə yetişdirilməsi də məqalənin əsasını təşkil edir.

Azərbaycanın müstəqilliyini əldə etməsi ilə ölkənin özünəməxsus milli hərbi təhsil sisteminin formalaşdırılması vacib məsələ kimi qarşıya qoyuldu. 1991-ci ildə Azərbaycan Silahlı Qüvvələri yaradıldıqdan sonra hərbi kadrların hazırlanması üçün yeni modelin tətbiqinə başlanıldı.

Açar sözlər: ali hərbi təhsil, hərbi pedaqogika, zabit hazırlığı, ordu inkişafı, strateji idarəetmə

 


Baxış: 605