Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/55/105-108 

İsa Əhmədov

Azərbaycan Texniki Universiteti

magistrant

https://orcid.org/0009-0006-3050-9192

 ababaku174@gmail.com

 

Azərbaycanda beynəlxalq avtomobil yük daşımalarında risklərin

idarə olunması və gömrük prosedurlarının logistika baxımından qiymətləndirilməsi

 

Xülasə

 

Bu məqalədə Azərbaycanda beynəlxalq avtomobil yük daşımalarında risklərin idarə olunması yanaşmaları və gömrük prosedurlarının logistika baxımından təsiri təhlil edilmişdir. Araşdırmada daşınma prosesində yaranan əsas risk qrupları, o cümlədən gecikmələr, sənəd uyğunsuzluğu, təhlükəsizlik insidentləri, marşrut dəyişkənliyi və əlavə xərc amilləri sistemləşdirilir. Gömrük mərhələsinin tranzit vaxtına, nəqliyyat planlamasına və xidmət səviyyəsinə birbaşa təsir göstərdiyi əsaslandırılır. “Vahid pəncərə” prinsipi, risk əsaslı nəzarət, koridor tətbiqləri və elektron bəyannamə mexanizmlərinin prosesləri sürətləndirmə imkanları qiymətləndirilir. Eyni zamanda, sərhəd məntəqələrində infrastruktur yüklənməsi, normativ tələblərin interpretasiyası və məlumat mübadiləsinin məhdudluğu kimi çatışmazlıqlar qeyd olunur. Nəticə olaraq, risk idarəetməsinin gücləndirilməsi üçün rəqəmsal izləmə, sığorta mexanizmləri, operatorların standartlaşdırılmış prosedurları və gömrük-logistika koordinasiyasının artırılması tövsiyə edilir.

Açar sözlər: avtomobil yük daşımaları, risklərin idarə olunması, gömrük prosedurları, tranzit vaxtı, rəqəmsal nəzarət


Baxış: 6