DOI: https://doi.org/10.36719/2789-6919/57/33-39
Kamal Şamxalzadə
Bakı Dövlət Universiteti
https://orcid.org/0009-0000-3846-364X
shamkhalzadekamal@gmail.com
Azərbaycanda beynəlxalq kommersiya arbitrajı: ölkənin regional mərkəzə çevrilmə potensialı
Xülasə
Bu məqalədə Azərbaycanda beynəlxalq kommersiya arbitrajının inkişafı və ölkənin regional arbitraj mərkəzinə çevrilmə potensialı təhlil edilir. Məqalədə beynəlxalq arbitrajın fundamental prinsiplərinə, hüquqi çərçivəyə və beynəlxalq hüquqla bağlı hüquqi normalara diqqət yetirilir. Burada vurğulanır ki, Azərbaycanın coğrafi və strateji mövqeyi regionda ticarət və investisiya mübahisələrinin həlli üçün arbitrajın əhəmiyyətini artırır. Məqsəd Azərbaycanın beynəlxalq arbitraj mərkəzinə çevrilmə potensialını təhlil etmək və bu sahədəki çətinlikləri və inkişaf perspektivlərini təqdim etməkdir. Məqalənin elmi yeniliyi beynəlxalq arbitraj sahəsində Azərbaycanın mövqeyini gücləndirmək üçün hüquqi və institusional tövsiyələrin təqdim edilməsindən ibarətdir. Onun praktik əhəmiyyəti ölkənin beynəlxalq hüquq sistemindəki yerini möhkəmləndirməkdə və investisiya və ticarət mübahisələrinin daha sürətli həlli üçün şərait yaratmaqdadır. Azərbaycanın beynəlxalq arbitraj mərkəzinə çevrilməsi regionda hüquqi mühitin yaxşılaşdırılmasına və iqtisadiyyatın inkişafına töhfə verəcəkdir.
Açar sözlər: Azərbaycanda beynəlxalq kommersiya arbitrajı, regional arbitraj mərkəzi, hüquqi çərçivə, strateji yer, beynəlxalq hüquq, kommersiya mübahisələri, arbitraj qərarları