DOI: https://doi.org/10.36719/2663-4619/101/170-175
Azər Kərimov
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
AZƏRBAYCANDA ELEKTRON TİCARƏTİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ
Xülasə
Elektron ticarətin tarixi yalnız təxminən iki onillik intensiv inkişafı əhatə edir ki, bu da iqtisadiyyatın digər sahələrinin tarixi ilə müqayisədə az bir zaman dövrü kimi görünür. Elektron ticarətin ilk sistemləri və üsulları aviabiletlərin, plastik kartların satışının avtomatlaşdırılması texnologiyalarının yaranmasına və avtomatlaşdırılmış müəssisə resurslarının idarə edilməsi sistemlərinin qurulmasına borcludur.mElektron ticarət internet texnologiyalarından istifadə etməklə pul qazanma prosesidir və ya malların seçilməsi və sifarişinin kompüter şəbəkələri vasitəsilə həyata keçirildiyi, alıcı ilə təchizatçı arasında ödənişlərin isə elektron sənədlərdən istifadə olunmaqla həyata keçirildiyi məhsul tədarükü formasıdır. Məqalədə elektron ticarət anlayışı, elektron ticarətin Azərbaycandakı mənfi və müsbət cəhətləri araşdırılmışdır.
Açar sözlər: Elektron ticarət, Azərbaycan, iqtisadiyyat, ödəniş, plastik kart
Azer Kerimov
Azerbaijan State University of Economics
master student
Positive and negative aspects of electronic commerce in Azerbaijan
Abstract
The history of e-commerce covers only about two decades of intensive development, which seems like a small period of time compared to the history of other areas of the economy. The first systems and methods of electronic commerce are responsible for the creation of technologies for automating the sale of air tickets, plastic cards, and the establishment of automated enterprise resource management systems. Electronic commerce is the process of making money using Internet technologies, or in which the selection and ordering of goods is carried out through computer networks, and payments are made between the buyer and the supplier. And it is a form of product supply that is carried out using electronic documents. The purpose of the article is to examine the negative and positive aspects of electronic commerce in Azerbaijan.
Keywords: Electronic commerce, Azerbaijan, economy, payment, plastic card
[attachment=5462]