Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Azərbaycanda elektron ticarətin rəqəmsal iqtisadiyyatın inkişaf perspektivlərinə təsirinin qiymətləndirilməsi

 

Nahid Babayev

 

Xülasə. Məqalədə Azərbaycanda elektron ticarətin rəqəmsal iqtisadiyyatın inkişaf perspektivlərinə təsiri nəzəri və empirik müstəvidə qiymətləndirilir. Tədqiqatın əsas problemi ondan ibarətdir ki, internet, mobil tətbiqlər və rəqəmsal ödəniş sistemləri genişlənsə də, elektron ticarətin ümumi pərakəndə dövriyyədə payı hələ məhdud qalır. Araşdırmada rəqəmsal iqtisadiyyatın mahiyyəti, elektron ticarətin funksiyaları və onların qarşılıqlı təsir mexanizmləri elmi ədəbiyyat əsasında şərh edilir. Empirik hissə müəllif tərəfindən aparılmış 232 nəfərlik sorğuya və SPSS proqramında qurulmuş çoxdəyişənli reqressiya modelinə əsaslanır. Nəticələr göstərir ki, onlayn alış-veriş təcrübəsində məmnunluğu daha çox çatdırılmanın düzgünlüyü, alıcı hüquqlarının qorunması və şəxsi məlumatların təhlükəsizliyi müəyyənləşdirir. Model üzrə R²=0,760 olması seçilmiş dəyişənlərin məhsul uyğunluğu ilə bağlı qiymətləndirməni yüksək səviyyədə izah etdiyini göstərir. Məqalədə elektron ticarətin rəqəmsal iqtisadiyyatın genişlənməsinə yalnız satış kanalı kimi deyil, ödəniş infrastrukturu, logistika, platforma iqtisadiyyatı və rəqəmsal savadlılıq vasitəsilə təsir etdiyi əsaslandırılır. Təkliflər etibar mexanizmlərinin gücləndirilməsi, regional logistikanın inkişafı, yerli platformaların texniki dayanıqlığının artırılması və kiçik bizneslərin onlayn satışa keçidinin dəstəklənməsi istiqamətlərini əhatə edir.

 

Açar sözlər: elektron ticarət, rəqəmsal iqtisadiyyat, onlayn alış-veriş, rəqəmsal ödənişlər, reqressiya analizi

 


Baxış: 180