DOI: https://doi.org/10.36719/2706-6185/50/22-27
Zemfira Babayeva
Naxçıvan Dövlət Universiteti
doktorant
https://orcid.org/0009-0001-8634-6955
vusala.nasir@icloud.com
Azərbaycanda fortepiano ifaçılığının yaranmasına tarixi nəzər
Xülasə
Fortepiano ifaçılığı Azərbaycan musiqi mədəniyyətində nisbətən gec təşəkkül tapsa da, qısa zamanda sürətli inkişaf yolu keçmişdir. XIX əsrin sonlarında Avropa və Rusiya musiqi ənənələrinin təsiri ilə Azərbaycana daxil olan fortepiano sənəti XX əsrdə peşəkar musiqi təhsili vasitəsilə sistemləşmiş və milli musiqi ilə sintez olunaraq unikal ifaçılıq məktəbinə çevrilmişdir. Bu məqalədə Azərbaycanda fortepiano ifaçılığının yaranma mərhələləri, Sovet dövründə musiqi təhsilindəki rolu, milli musiqi elementlərinin bu sahəyə inteqrasiyası və görkəmli pianoçuların fəaliyyəti tarixi kontekstdə araşdırılır. Xüsusilə Tərlan Seyidov kimi pedaqoqların fəaliyyəti işıqlandırılaraq onların fortepiano məktəbinin formalaşmasında və tələbə yetişdirilməsindəki əhəmiyyəti göstərilir. Müstəqillik dövründə bu sənətin inkişaf tendensiyaları və beynəlxalq miqyasda tanınan ifaçıların çıxışları da tədqiq olunmuşdur. Məqalə həm musiqi təhsilinin tarixini öyrənənlər, həm də musiqi pedaqogikası sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Açar sözlər: Fortepiano ifaçılığı, Azərbaycan musiqisi, musiqi pedaqogikası, Tərlan Seyidov, klassik musiqi, rus musiqi məktəbi, milli musiqi irsi, Üzeyir Hacıbəyli, Qara Qarayev