Azərbaycanda kütləvi idmanın sosial rolunun artması və adaptiv idmanın inklüzivlik imkanları
Xülasə. Kütləvi idman hər bir vətəndaşın idman fəaliyyətinə cəlb edilməsini, sağlam həyat tərzinin təşviqini və ictimai birliyin möhkəmləndirilməsini təmin edən sosial institut kimi çıxış edir. Kütləvi idman cəmiyyətin sosial strukturlarında mühüm dəyişikliklər yaradır. İdman tədbirləri və yarışları ictimai həmrəyliyin formalaşmasına, nəsillərarası münasibətlərin güclənməsinə və gənclərin sosial aktivliyinin artmasına səbəb olur. Mövzu ilə bağlı elmi ədəbiyyatlar, dövlət proqramları, idman siyasətinə dair normativ sənədlər, Azərbaycanda idmanın inkişafı ilə əlaqədar qəbul edilmiş strategiyalar və rəsmi məlumatlar təhlil edilmişdir. Bu metod vasitəsilə kütləvi idmanın sosial mahiyyəti, onun sağlamlıq, sosiallaşma, gənclərin asudə vaxtının səmərəli təşkili və ictimai fəallığın artırılması baxımından əhəmiyyəti müəyyənləşdirilmişdir. Kütləvi idman vətəndaşların sosial fəallığının artırılmasına, gənclərin sağlam həyat tərzinə yönəldilməsinə, ictimai həmrəyliyin möhkəmlənməsinə və sosial kapitalın formalaşmasına mühüm töhfə verir. Adaptiv idman isə fiziki məhdudiyyətli şəxslərin reabilitasiyasını, özünəinamının bərpasını və sosial mühitə inteqrasiyasını təmin edən effektiv vasitə kimi çıxış edir. Azərbaycanda adaptiv idmanın inkişafı 1990-cı illərdən etibarən başlanmış və 2000-ci illərdə sistemli mərhələyə qədəm qoymuşdur
Açar sözlər: kütləvi idman, adaptiv idman, fiziki sağlamlıq, sosial fəallıq, asudə vaxt