DOI: https://doi.org/10.36719/2789-6919/44/147-151
Nihad Hadıyev
Azərbaycan Turizm və Menecment Universiteti
magistrant
https://orcid.org/0009-0000-9356-6668
nihad.hadiyevaz@gmail.com
Azərbaycanda pandemiyanın təsiri və turizm sektorunun bərpası
Xülasə
Bu məqalədə COVİD-19 pandemiyasının Azərbaycanda turizm sahəsinə göstərdiyi çoxhissəli effektlər və postpandemiya illəri ərzində həyata keçirilən bərpa və rekreasiya tədbirləri təhlil olunur. COVİD-19 pandemiyası illəri ərzində qlobal miqyasda araşdırılan səyahət sanksiyaları, dövlətlər arasında gediş-gəlişin dayandırılması, karantin rejimləri və sosial məsafə qaydaları Azərbaycanda da turizm sektorunu iflic vəziyyətinə saldı. Xüsusi ilə həm daxili, həm də xarici turizm gəlmələrində ciddi azalmalar və durğunluq müşahidə edilmişdir. Bu isə ölkənin sosial və iqtisadi həyatında mənfi effektlər doğurmuşdur. Məqalədə dövlətin turizm sektounun rekreasiyası üçün yerinə yetirdiyi yardım paketlərinə-investisiya yardımları, güzəştlər, vergilərdən azad etmə kimi tədbirlər həyata keçirildi. Təsdiqlənən planlar və gələcək tərəqqi üçün müəyyən edilən missiyalar, pandemiyadan sonra əmələ gələn yeni təkliflər mövzusunda təqdim olundu. Məqalənin digər vacib hissəsi isə pandemiyadan sonra yaranan yeni turizm sektorunun trendlərinə-sağlamlıq turizmi, tək-başına səfərlər, ekoturizm və rəqəmsallaşma və Azərbaycanın bu trendlərə öyrəşmə dərəcəsinə həsr olunmuşdur. Sonda, məqalədə gələcək illərdə turizm sektorunun tərəqqisi üçün verilməli olan qərarlar, qlobal turizm bazarı ilə əməkdaşlıq güzəştləri və uzunmüddətli inkişaf qaydaları araşdırılır.
Açar sözlər: turizm, pandemiya, COVİD-19, Azərbaycan turizmi, sağlamlıq turizmi, turizm sektoru, dövlət dəstəyi, yeni turizm trendləri