Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/116/54-57

Məhəmmədəli İsmayılov

Azərbayvan Texniki Universiteti

magistrant

https://orcid.org/0009-0007-1260-373X

m.ismayilov008@gmail.com

 

Azərbaycanda rəqəmsal iqtisadiyyatın formalaşması və inkişaf istiqamətləri

 

Xülasə

 

Son illərdə dünyada baş verən texnoloji inkişaflar iqtisadiyyatın rəqəmsallaşmasını zəruri etmişdir. Azərbaycan da bu qlobal trendlərə uyğun olaraq rəqəmsal iqtisadiyyatın formalaşdırılması istiqamətində mühüm addımlar atmaqdadır. Rəqəmsal iqtisadiyyat — rəqəmsal texnologiyalar əsasında formalaşan və fəaliyyət göstərən iqtisadi sistemdir ki, bu da məhsuldarlığın artırılması, resurslardan daha səmərəli istifadə və şəffaflığın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanda rəqəmsallaşma prosesinə dövlətin xüsusi diqqət ayırması, “Rəqəmsal Transformasiya Konsepsiyası”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” kimi sənədlərlə öz əksini tapmışdır. Eyni zamanda, elektron hökumət sisteminin genişlənməsi, "MyGov", "ASAN xidmət", "Rəqəmsal icmalar" və digər rəqəmsal platformaların tətbiqi bu sahədə praktiki addımların göstəricisidir.

Açar sözlər: rəqəmsal iqtisadiyyat, rəqəmsallaşma, rəqəmsal transformasiya, rəqəmsal texnologiyalar, elektron hökumət


Baxış: 390