DOI: https://doi.org/10.36719/2706-6185/55/22-27
Azərbaycanda sənaye, rabitə və kommunikasiya sahələrinin
modernləşməsi istiqamətində dövlət siyasəti
(2003–2020-ci illər)
Xülasə
Məqalədə 2003–2020-ci illər ərzində Azərbaycan Respublikasında sənayenin, rabitənin və kommunikasiya sahələrinin inkişafı istiqamətində aparılan dövlət siyasətinin tarixi inkişaf mərhələləri araşdırılmışdır. Bu dövrdə həyata keçirilmiş iqtisadi islahatlar, sənaye parklarının yaradılması, iqtisadiyyatın şaxələndirilməsi siyasəti, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və onların sənayeyə tətbiqi və rabitə infrastrukturunun müasir tələblərə uyğun olaraq təkmilləşdirilməsi məsələləri araşdırılmışdır.
Məqalədə tədqiq edilən dövrdə iqtisadiyyatın mühüm sahələrində həyata keçirilmiş tədbirlər, müxtəlif fəaliyyətlər, qanunvericilik bazası tarixi ardıcıllıqla təhlil edilmiş, sənaye-rabitə sektorunun dövlət siyasətində tutduğu yer elmi konteksdə araşdırılmışdır.
Məqalədə müvafiq sahələrin araşdırılması dövlətin iqtisadi inkişaf xəttinin tarixi nəticələrini izləməyə imkan verir və onları ortaya qoyur. İnformasiya-kommunikasiya texnologiyaları, rabitə sahəsində atılan addımlar, normativ-hüquqi aktların qəbul edilməsi, Azərbaycanın qlobal rəqəmsallaşma proseslərində fəal iştirakı, bu sahədə respublikada müxtəlif strategiyaların qəbul edilməsi və s. məsələlər araşdırılmışdır.
Müəllif belə bir nəticəyə gəlmişdir ki, sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsi, modernləşməsi və insanların bu sahələrdə əlverişli fəaliyyətini təmin etmək üçün müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilməsi, sənaye və rabitə sistemlərinin qarşılıqlı əlaqəsi və inteqrasiyasi vacibdir.
Açar sözlər: sənaye siyasəti, rabitə-kommunikasiya, modernləşmə, regional inkişaf, dövlət proqramları