DOI: https://doi.org/10.36719/2663-4619/114/165-170
Ləman Nərimanova
Bakı Slavyan Universiteti
https://orcid.org/0009-0007-9041-5507
leman.nerimnova@gmail.com
Azərbaycanda yaşayan almanların həyatı
Xülasə
Məqalə 200 il əvvəl Azərbaycan ərazisinə gəlmiş almanlar haqqındadır. Burada məskunlaşdıqları dövrdə onların həyat tərzi, yerli əhali ilə münasibətləri, Rusiya imperiyasının onları hansı məqsədlə buraya köçürülmələrinə icazə verməsi haqqındakı maraqlı faktlar diqqətə layiqdir. Azərbaycana gəlmiş almanlar Vürtemberq ərazisindən olan şvablar idilər. Onların özünə xas olan mədəniyyətləri, kənd təsərrüfatının məhsuldarlığının artırılması haqqındakı bilikləri, tətbiq etdikləri texniki yeniliklər Rusiya imperiyası tərəfindən yüksək qiymətləndirilirdi. Bir çox sahələrdə onlara imtiyazlar verilir, güzəştlər tətbiq olunurdu. Almanlar Azərbaycanda məskunlaşdıqları dövrdə 8 koloniya salmışdılar. Koloniyaların alman mədəniyyətinə xas olan ev tikinti quruluşu olmuşdur. Almanların Bakı şəhərində həyata keçirdikləri tikinti layihələri günümüzdə də paytaxt memarlığının inciləri hesab oluna bilər.
Məqalə tərtib olunarkən daha çox nəzəri metodlardan istifadə olunaraq bu mövzuda yazılmış kitablara, məqalələrə istinadlar olunmuşdur. Məqalənin yazılmasının əsas məqsədi vaxtilə ölkəmizdə yaşamış almanların qoyduqları mədəni irsi qələmə almaqdır. Belə ki, ölkələr arasındakı mədəni əlaqələr digər sahələrdəki münasibətlərlə müqayisədə daha az dəyişkəndir.
Açar sözlər: Azərbaycandakı almanlar, Helenendorf, koloniya, N.fon der Nonne, şvablar