Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/45/36-42

Eldar Cəfərov

Bakı Dövlət Universiteti

siyasi elmlər üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0001-8563-697X

eldarjafarov@bsu.edu.az

Şahin Əsgərzadə

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0009-2576-844X

sahinaskerzade@gmail.com

 

Azərbaycanın Balkan dövlətləri ilə əlaqələri: strateji əməkdaşlıq və

inkişaf perspektivləri

 

Xülasə

Azərbaycan, mövqeyi və geopolitik əhəmiyyəti ilə beynəlxalq əlaqələrdə mühüm rol oynayan bir ölkədir. Bu xüsusiyyət, onun Balkan dövlətləri ilə olan əlaqələrində də özünü göstərir. Balkan ya-rımadası, mədəni müxtəliflik və tarixi zənginliklərlə dolu bir region olaraq, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan, Balkan ölkələri ilə əlaqələrini müxtəlif sahələrdə inkişaf etdirir və bu əlaqələr hər iki tərəfin faydasına xidmət edir. Bu məqalə, Azərbaycanın Balkan dövlətləri ilə olan əlaqələrinin müxtəlif sahələrdəki inkişafını araşdıracaq, xüsusilə enerji, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik sahələrindəki əməkdaşlığını vurğulamaq məqsədi güdür. Balkan regionunun enerjiyə olan ehtiyacı və Azərbaycanın bu ehtiyacı qarşılamaq üzrə potensialı, iki tərəf arasında mühüm əlaqələr yaratmışdır. Eyni zamanda, ticarət və mədəniyyət sahəsində də əməkdaşlıq daha da güclənir. Bu məqalədə həmçinin Monteneqro və Serbiya ilə olan ikitərəfli əlaqələr də ətraflı şəkildə incələnəcəkdir.

Açar sözlər: diplomatik əlaqələr, enerji əməkdaşlığı, mədəniyyət mübadiləsi, təhlükəsizlik və sabitlik, regional inkişaf


Baxış: 44