Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/57/57-66

Kamran Babayev

Bakı Dövlət Universiteti

doktorant

https://orcid.org/0009-0009-8639-5915

babayevk421@gmail.com

 

Azərbaycanın enerji təhlükəsizliyi siyasətində Böyük Britaniyanın rolu

 

Xülasə

 

Məqalədə Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasətində Böyük Britaniyanın rolu tarixi, siyasi, iqtisadi və institusional aspektlərdə təhlil olunur. Əsaslandırılır ki, Böyük Britaniya ilə münasibətlər Azərbaycanın müstəqillikdən sonrakı xarici siyasətində yalnız diplomatik tanınma faktı ilə məhdudlaşmamış, çox erkən mərhələdən etibarən enerji resurslarının işlənməsi, beynəlxalq kapitalın cəlb edilməsi, ixrac marşrutlarının şaxələndirilməsi və enerji sektorunun geosiyasi təhlükəsizlik alətinə çevrilməsi prosesinə birbaşa təsir göstərmişdir. Xüsusilə BP şirkətinin Azərbaycandakı fəaliyyəti, 1994-cü ildə imzalanmış Azeri-Çıraq-Günəşli sazişi, “Əsrin müqavi­ləsi”nin yaratdığı yeni geoiqtisadi çərçivə və sonrakı illərdə formalaşan investisiya axınları Azərbay­canın enerji siyasətinin maddi-institusional dayaqlarını möhkəmləndirmişdir. Məqalədə göstərilir ki, Böyük Britaniyanın rolu təkcə neft-qaz sektoruna sərmayə qoyuluşu ilə məhdudlaşmır; bu rol eyni zamanda beynəlxalq legitimliyin artması, texnoloji transfer, enerji diplomatiyası, institusional dialoq və son dövrdə yaşıl enerji keçidi ilə bağlı yeni əməkdaşlıq formatlarını da əhatə edir. Təhlil nəticəsində belə qənaətə gəlinir ki, Böyük Britaniya Azərbaycanın enerji təhlükəsizliyi siyasətində həm ilkin modernləşmə mərhələsinin, həm geoiqtisadi inteqrasiyanın, həm də aşağıkarbonlu transformasiyaya keçidin əsas xarici tərəfdaşlarından biri kimi çıxış etmişdir. Bununla belə, əməkdaşlıq tammiqyaslı strateji ittifaq səviyyəsinə yüksəlmir; o, daha çox seçilmiş maraqlar üzərində qurulan praqmatik və selektiv strateji tərəfdaşlıq modeli kimi xarakterizə olunur.

Açar sözlər: Azərbaycan, Böyük Britaniya, enerji təhlükəsizliyi, enerji diplomatiyası, BP, xarici investisiya, geoiqtisadiyyat, yaşıl enerji keçidi

 

 


Baxış: 2