Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/119/57-64

Yeganə Mahmudova

AMEA Zoologiya İnstitutu

biologiya üzrə elmlər doktoru

https://orcid.org/0000-0002-7948-2182

yeganemahmudova@mail.ru

 

Azərbaycanın qərb bölgəsinin balıqyeyən quşlarının trematodları

 

Xülasə

 

2017–2020-ci illərdə Azərbaycanın qərb bölgəsində 21 növə aid olan 94 ədəd balıqyeyən quş tam helmintoloji yarma üsulu ilə tədqiq olunmuş, 3 dəstəyə, 12 fəsiləyə, 26 cinsə aid olan 46 növ trematod aşkara çıxarılmışdır. Bunlardan 1 növ 8 növ quşda, 2 növün hərəsi 5 növ quşda, 4 növün hərəsi 4 növ quşda, 8 növün hərəsi 3 növ quşda, 20 növün hərəsi 2 növ quşda və 11 növün hərəsi yalnız 1 növ quşda qeydə alınmışdır. Quşların qaraciyərində, öd yollarında və hava kisələrində 4, böyrəklərində 3, qalan orqanlarının hər birində isə 1–2 trematod növü tapılmışdır. Adi qağayıda 14, iri ağ vağda 13, kiçik ağ vağda 12, gümüşü qağayıda 11, kiçik sternada 10, iri qarabattaqda 9, kiçik qarabattaqda 9, kiçik maygülüdə 8, Misir vağında 7, böyük maygülüdə 6, boz vağda isə 1 növ trematod qeyd olunmuşdur. Əldə olunmuş trematodlardan 1 növ insanın bağırsağında parazitlik edə bilir, 2 növün serkariləri suda insana hücum edib qeyri-spesifik serkarioza səbəb olur, 2 növ quşlarda, 4 növ isə balıqlarda xəstəlik törədir.

Açar sözlər: Azərbaycanın qərb bölgəsi, balıqlar, balıqyeyən quşlar, helmintlər, trematodlar


Baxış: 260