Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Azərbaycanın Xəzərətrafı ölkələrlə münasibətlərində Xəzərin statusu problemi

 

Aygün Babayeva

 

Xülasə. Xəzər dənizi, dünya üzrə ən böyük daxili su hövzəsi olaraq, yalnız coğrafi baxımdan deyil, həm də beynəlxalq hüquq və siyasət baxımından mühüm strateji əhəmiyyətə malikdir. Xəzərin hüquqi statusu problemi Xəzərətrafı ölkələr – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran arasında çoxsaylı hüquqi, siyasi və iqtisadi mübahisələrə səbəb olmuşdur. Bu ölkələr 1991-ci ildən sonra müstəqilliklərini bərpa etdikdən sonra, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi daha da mürəkkəbləşmişdir.

Məqalədə Xəzər dənizinin statusu məsələsinin tarixi inkişafı və Xəzərətrafı ölkələr arasında mübahisələrin səbəbləri araşdırılmış, 1990-cı illərdən etibarən enerji ehtiyatlarının paylaşılması ilə bağlı yaranan çətinliklər və bu sahədə hüquqi məsələlər geniş şəkildə müzakirə edilmişdir. Ayrıca, Xəzər dənizinin iqtisadi potensialı və beynəlxalq ticarətdəki rolu nəzərdən keçirilmişdir. Son olaraq, 2018-ci ildə imzalanan Xəzər dənizinin hüquqi statusuna dair sazişin əhəmiyyəti və gələcəkdə bu sazişin necə inkişaf edə biləcəyi barədə fikir yürüdülmüşdür.

Bu məqalə, Azərbaycanın Xəzərətrafı ölkələrlə münasibətlərində Xəzərin statusu məsələsinin hüquqi və siyasi aspektlərini dərindən araşdıraraq, bu mövzunun ölkənin xarici siyasətinə təsirini və gələcəkdəki perspektivlərini təqdim edir.

 

Açar sözlər: Xəzər dənizi, Xəzərətrafı ölkələr, Azərbaycanın xarici siyasəti, beynəlxalq hüquq, su hövzələri, hüquqi mübahisələr, sərhəd bölgələr

 


Baxış: 6