Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Bakı Elektrik Stansiyasında “Wartsila V20SG” qaz mühərrikinin iki konturlu soyutma sisteminin riyazi modelləşdirilməsi və optimallaşdırılması

 

Ata Babayev1* , İlkin Məhərrəmli2 , Ləman Səmədli3

 

Xülasə. Bu məqalədə Bakı Elektrik Stansiyasında tətbiq olunan Wartsila V20SG qaz mühərrikinin iki konturlu soyutma sisteminin riyazi modelləşdirilməsi və optimallaşdırılması həyata keçirilmişdir. Müasir istilik energetikası sistemlərində daxiliyanma mühərriklərinin səmərəli işləməsi onların istilik rejiminin düzgün idarə olunmasından birbaşa asılıdır və bu baxımdan soyutma sistemi mühərrikin istismar sabitliyində əsas rol oynayır. Təqdim olunan işdə mühərrikin yüksək temperatur (HT) və aşağı temperatur (LT) konturlarından ibarət soyutma sisteminin istilik və hidrodinamik xüsusiyyətləri tədqiq edilmişdir. Tədqiqat zamanı istilik balansı, konvektiv istilik ötürülməsi və axın dinamikası real istismar parametrləri əsasında analiz edilmişdir. Mühərrikdə yaranan istilik axınının qiymətlən­dirilməsi üçün istilik balansı tənliyi tətbiq edilmiş və soyuducu mühitin temperatur fərqindən asılı olaraq istilik ötürülmə intensivliyi hesablanmışdır. Eyni zamanda, axın rejimi Reynolds ədədi vasitəsilə müəyyən edilmiş və istilik mübadiləsinin effektivliyi qiymətləndirilmişdir. Aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, soyutma sistemi mühərrikdə yaranan istiliyin əhəmiyyətli hissəsini effektiv şəkildə uzaqlaşdırır və sistemin termal stabilliyini təmin edir. Bununla yanaşı, nasos parametrlərinin və axın sürətinin dəyişməsi istilik ötürülmə intensivliyinə birbaşa təsir göstərir. Nəticələr göstərmişdir ki, iki konturlu soyutma sistemində istilik yükünün optimal paylanması temperatur piklərinin azalmasına və sistemin daha stabil işləməsinə gətirib çıxarır. Bu baxımdan soyutma sisteminin optimallaşdırılması mühərrikin ümumi enerji səmərəliliyinin artmasına və daha etibarlı istismarına şərait yaradır.

 

Açar sözlər: soyutma sistemi, iki konturlu sistem, istilik ötürülməsi, konveksiya, istilik balansı, axın dinamikası, enerji səmərəliliyi, Wärtsilä V20SG

 

 

 

 


Baxış: 66