Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/113/128-133

Kənan Vəlizadə

Baki Biznes Universteti

https://orcid.org/0009-0009-6855-2788

kenanvelizade84@gmail.com

 

Bank sektorunda maliyyə sabitliyinin təmin olunmasında tənzimləyici siyasətlərin effektivliyinin qiymətləndirilməsi

 

Xülasə

Bu məqalədə müxtəlif regionlar üzrə bank sektorunda maliyyə sabitliyinə təsir edən tənzimləyici siyasətlərin effektivliyi müqayisəli şəkildə təhlil edilmişdir. Təhlildə 2020–2024-cü illəri əhatə edən dövr üçün bankların kapital adekvatlığı, problemli kreditlərin səviyyəsi və makroprudensial siyasət indeksləri əsasında analiz aparılmışdır. Əldə olunmuş nəticələr göstərir ki, sərt tənzimləyici siyasətlər – xüsusilə kapital tələbləri və əks-tsiklik ehtiyat normaları – bankların sabitlik göstəricilərinə statistik olaraq əhəmiyyətli müsbət təsir göstərir. İnkişaf etmiş ölkələrdə bu təsir institusional mühitin yüksək keyfiyyəti ilə güclənir, inkişaf etməkdə olan ölkələrdə isə əsasən prudensial nəzarətin effektiv tətbiqi ilə müşahidə olunur. Eyni zamanda, yüksək inflyasiya və zəif iqtisadi artım kimi makroiqtisadi faktorlar tənzimləyici siyasətin təsirini zəiflədə bilir. Məqalə tənzimləyici siyasətlərin optimal dizaynı və tətbiqində institusional və iqtisadi şəraitin nəzərə alınmasının vacibliyini göstərir.

Açar sözlər: bank sektoru, maliyyə sabitliyi, tənzimləyici siyasət


Baxış: 345