Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/53/28-32

İnara Məhərrəmova

Naxçıvan Dövlət Universiteti

sənətşünaslıq üzrə elmlər doktoru

https://orcid.org/0009-0000-6692-0713

inaramaharramova@ndu.edu.az

 

Bəstəkar yaradıcılığında xalq musiqisi nümunələrinin nota yazılması ənənəsi

Xülasə

Azərbaycanda xalq musiqisi nümunələrinin toplanması və nota yazılması prosesinin başlanğıcı XX əsrin ilk onilliklərinə təsadüf edir. Bu sahədə ilk olaraq Üzeyir Hacıbəyli təşəbbüs göstərərək böyük nailiyyətlər əldə etmişdir. Ü.Hacıbəyli xalq musiqisi nümunələrinin toplanması və nota yazılmasını zəngin yaradıcılıq irsinin qorunmasında əsas məqsədlərdən biri kimi müəyyən edərək, bununla milli musiqi nümunələrinin digər xalqlar tərəfindən mənimsənilməsinin qarşısını almağın mümkün olduğunu düşünürdü. 1930-cu illərdə xalq musiqisinin zəngin mənbələrinin aşkarlanmasında ən vacib iş Elmi-Tədqiqat Musiqi Kabineti tərəfindən təşkil edilən ekspedisiyaların üzərinə düşürdü. Həmin illərdə Konservatoriyada təhsil alan Ərtoğrul Cavid, Səid Rüstəmov, Niyazi, Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev, Zakir Bağırov, Fikrət Əmirov kimi perspektivli gənclər ekspedisiyalarda yaxından iştirak edirdilər. İlk ekspedisiyalar zamanı gənc musiqiçilər Şəki, Quba, Gəncə, Qazax, Dilican, Borçalı zonalarında topladıqları musiqi materiallarını nota köçürmüşlər.

Hər bir Azərbaycan bəstəkarı öz yaradıcılığında mütləq şəkildə xalq musiqisinə müraciət etmişdir. Milli musiqiyə duyulan böyük ehtiyac xalq musiqisini bəstəkarların yaradıcılığı üçün zəngin mənbə kimi zərurətə çevirdi. Bu zərurət xalq musiqisi nümunələrinin toplanması və bədii yaradıcılıqda istifadə edilməsi problemini həll etdi. Bəstəkarların bu işə cəlb olunması tezliklə öz müsbət nəticələrini göstərdi. Bu, həmin bəstəkarların yaradıcılıq üslubunun formalaşmasında xalq musiqisi və muğam intonasiyalarının əhəmiyyətini müəyyən etdi.

Açar sözlər: xalq musiqisi, muğam, nota yazma, bəstəkar yaradıcılığı, janr, üslub

 


Baxış: 6