DOI: https://doi.org/10.36719/2789-6919/54/150-154
Vasif Abbasov
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
doktorant
https://orcid.org/0009-0009-1972-5793
vasifabasov636@gmail.com
Beton qarışıqlarının möhkəmlik göstəriciləri üçün
reqressiya modelinin qurulması
Xülasə
Təqdim olunan məqalə beton qarışıqlarının möhkəmlik göstəricilərinin əvvəlcədən proqnozlaşdırılması məqsədilə reqressiya modellərinin qurulmasına həsr edilmişdir. Araşdırmada betonun sıxılmaya möhkəmliyinə təsir edən əsas material və texnoloji amillər müəyyən edilmiş, bu amillərin statistik xarakteristikası təhlil olunmuşdur. Sementin miqdarı və növü, su-sement nisbəti, incə və iri doldurucuların həcmi, kimyəvi və mineral əlavələr kimi parametrlərin betonun mexaniki xüsusiyyətlərinə təsiri çoxdəyişənli reqressiya modeli əsasında qiymətləndirilmişdir.
Məqalədə reqressiya analizinin nəzəri əsasları şərh edilmiş, beton texnologiyasında xətti və qeyri-xətti reqressiya modellərinin tətbiq imkanları göstərilmişdir. Modelin qurulma mərhələləri – eksperimental məlumatların toplanması, dəyişənlərin seçilməsi, reqressiya əmsallarının hesablanması və modelin adekvatlığının statistik meyarlarla qiymətləndirilməsi ardıcıl şəkildə izah olunmuşdur. Təhlillər nəticəsində müəyyən edilmişdir ki, qurulmuş reqressiya modeli betonun möhkəmliyinin etibarlı proqnozlaşdırılmasına imkan verir və laborator sınaqların sayının azaldılmasına şərait yaradır.
Aparılan tədqiqatın nəticələri beton istehsalında optimal tərkibin seçilməsi, material sərfiyyatının minimuma endirilməsi və məhsul keyfiyyətinin sabit saxlanılması baxımından mühüm praktik əhəmiyyət kəsb edir. Eyni zamanda, reqressiya modellərinin tətbiqi beton texnologiyasında elmi əsaslı qərar qəbuletmə mexanizminin formalaşmasına və müasir tikinti materiallarının hazırlanmasına töhfə verir.
Açar sözlər: beton qarışıqları, betonun möhkəmliyi, reqressiya modeli, statistik analiz, beton texnologiyası, çoxdəyişənli modelləşdirmə