Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Beynəlxalq audit standartlarında

(ISA, IFAC, ACFE) forensik yanaşmalar

 

Həsənəli Əliyev

 

Xülasə. Müasir iqtisadi mühitdə maliyyə əməliyyatlarının mürəkkəbləşməsi, korporativ risklərin artması və hesabat manipulyasiyalarının müxtəlif formalarda təzahür etməsi audit fəaliyyətində daha dərin və analitik yanaşmaların tətbiqini zəruri etmişdir. Bu baxımdan forensik audit beynəlxalq audit praktikasında maliyyə fırıldaqlarının aşkarlanması, sübutların toplanması və hüquqi baxımdan əsaslandırılmış nəticələrin formalaşdırılması üçün mühüm mexanizm kimi çıxış edir. Beynəlxalq Audit Standartlarında forensik audit ayrıca standart kimi müəyyən edilməsə də, ISA 240 başda olmaqla bir sıra standartlarda peşəkar skeptisizm, risk əsaslı qiymətləndirmə və qeyri-adi əməliyyatların araşdırılması forensik yanaşmanın əsas elementləri kimi önə çıxır. IFAC tərəfindən irəli sürülən etik və metodoloji prinsiplər auditorun müstəqilliyi, obyektivliyi və peşəkar mühakiməsinin gücləndirilməsinə xidmət edir. ACFE modeli isə fırıldaqçılığın qarşısının alınması, aşkar edilməsi və araşdırılması istiqamətində daha praktik alətlər təqdim edir. Bu yanaşma audit prosesində sübut əsaslı qərarverməni gücləndirməklə yanaşı, maliyyə hesabatlarının etibarlılığına olan ictimai və institusional etimadı da artırır. Məqalədə ISA, IFAC və ACFE yanaşmaları müqayisəli şəkildə təhlil olunur və forensik yanaşmaların maliyyə şəffaflığının artırılması, korporativ fırıldaqların azaldılması və audit keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyəti əsaslandırılır.

 

Açar sözlər: forensik audit, beynəlxalq audit standartları, ISA, IFAC, ACFE, maliyyə fırıldaqları, skeptisizm

 


Baxış: 3