DOI: https://doi.org/10.36719/2706-6185/57/44-47
Ağanemət Daşqınlı
Azərbaycan Turizm və Menecment Universiteti
doktorant
https://orcid.org/0009-0002-1455-0102
aganemet@yandex.com
Beynəlxalq əhəmiyyətli tədbirlərin iqtisadi inkişafa təsirinin nəzəri əsasları
Xülasə
Beynəlxalq əhəmiyyətli tədbirlər müasir dövrdə ölkələrin sosial-iqtisadi inkişaf strategiyalarının mühüm komponentlərindən birinə çevrilmişdir. Qloballaşma proseslərinin dərinləşməsi, ölkələrarası iqtisadi əlaqələrin intensivləşməsi və rəqabət mühitinin sərtləşməsi şəraitində dövlətlər beynəlxalq miqyaslı tədbirləri həm iqtisadi artımın stimullaşdırılması, həm də milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyasının sürətləndirilməsi vasitəsi kimi nəzərdən keçirirlər. Bu baxımdan, beynəlxalq idman yarışları, iqtisadi forumlar, mədəniyyət festivalları, beynəlxalq sərgilər və konfranslar təkcə sosial və mədəni hadisə kimi deyil, eyni zamanda iqtisadi proseslərə çoxşaxəli təsir göstərən mühüm amil kimi çıxış edir. İqtisadi nəzəriyyədə bu cür tədbirlərin təsir mexanizmləri müxtəlif aspektlərdən izah olunur və onların iqtisadi inkişafa təsiri həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə təhlil edilir.
Açar sözlər: beynəlxalq tədbirlər, turizm, sərgilər, iqtisadi təsir, ölkə