Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

Beynəlxalq media kampaniyalarının hüquqi ölçüləri: yayım siyasətləri üzrə təhlil əsasında bir nümunə analizi

 

Allahverdi Məmmədli

 

Xülasə. Müasir rəqəmsal kommunikasiya mühitində beynəlxalq media kampaniyaları qlobal ictimai rəyin formalaşmasında və informasiya axınının istiqamətləndirilməsində mühüm rol oynamağa başlamışdır. Sosial media platformalarının və rəqəmsal kommunikasiya texnologiyalarının sürətli inkişafı media məzmununun milli sərhədləri aşaraq müxtəlif hüquqi sistemlər daxilində yayılmasına şərait yaratmışdır. Bu məqalədə beynəlxalq media kampaniyalarının hüquqi aspektləri və yayım siyasətləri iki konkret nümunə - Cambridge Analytica hadisəsi və Russia Today (RT) yayım qadağaları əsasında təhlil edilmişdir. Tədqiqatın əsas məqsədi beynəlxalq media kampaniyalarının fəaliyyətinə təsir edən hüquqi çərçivələri müəyyənləşdirmək və bu sahədə platforma siyasətləri ilə dövlət tənzimləmələri arasındakı qarşılıqlı əlaqəni araşdırmaqdır. Araşdırma göstərir ki, rəqəmsal platformaların məlumat siyasətləri və alqoritmik idarəetmə mexanizmləri media kampaniyalarının yayılmasına və hədəf auditoriyalara çatdırılmasına əhəmiyyətli təsir göstərir. Eyni zamanda dövlətlərin milli təhlükəsizlik, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə məqsədilə tətbiq etdiyi tənzimləyici müdaxilələr beynəlxalq media azadlığı ilə bağlı yeni hüquqi və siyasi müzakirələrə səbəb olur. Nəticə olaraq müəyyən edilir ki, beynəlxalq media kampaniyalarının hüquqi çərçivəsi platforma tənzimləmələri ilə dövlət müdaxilələrinin qarşılıqlı təsiri nəticəsində formalaşır və bu sahədə balanslı, şəffaf və demokratik prinsiplərə əsaslanan siyasətlərin inkişafı zəruri hesab olunur.

 

Açar sözlər: beynəlxalq media kampaniyaları, media hüququ, platforma siyasətləri, dövlət tənzimləməsi, dezinformasiya


Baxış: 5