Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/51/99-102

                                                                                                Gülxanım Abbasova

Azərbaycan Dillər Universiteti

magistrant

https://orcid.org/0009-0004-7311-4647

gulkhanimabbasova@gmail.com

Beynəlxalq qiymətləndirmə proqramlarının Azərbaycanda tətbiqi

 

Xülasə

 

Beynəlxalq qiymətləndirmə proqramları təhsil sahəsinə aid olub, beynəlxalq səviyyədə həyata keçirilən tədqiqatlardır. Bu proqramlar dünyanın müxtəlif ölkələrində təhsil alan şagird və tələbələrin bacarıq və biliklərini ölçməyə imkan verir. Proqramlar qlobal standartlar və beynəlxalq normalar əsasında həyata keçirilir. Qiymətləndirmə proqramları yalnız təhsil alanların nəticələrini, nailiyyətlərini ölçməklə kifayətlənmir, eyni zamanda ölkələrin təhsil sisteminin ümumi vəziyyəti haqqında məlumat verir, çatışan və çatışmayan tərəflərini, effektivliyini müəyyənləşdirir, nəticəliliyini ölçür. Nəticə etibarilə, ölkələr təhsil siyasətinin zəif tərəflərini aşkara çıxara və təkmilləşdirmə sahəsində səmərəli inkişaf strategiyaları müəyyənləşdirə bilər.

Proqramların əsas diqqət sahəsi müxtəlif ola bilər. Buraya şagirdlərin tənqidi düşünmə və problem həll etmə bacarığı, dərs zamanı öyrəndiklərini real həyatda tətbiq etmə bacarığı, analitik düşünmə bacarığı və s. daxil ola bilər.

Günümüzdə dünyanın 80-ə yaxın ölkəsində beynəlxalq qiymətləndirmə proqramları tətbiq olunur. Azərbaycan da uzun illərdir bu proqramlardan istifadə edən ölkələr sırasındadır və bu sayədə ölkə daxilində təbiət elmləri, riyaziyyat, yazı və oxu savadlılığı, rəqəmsal bacarıqlar yoxlanılır (Təhsil Nazirliyi, 2023).

Açar sözlər: beynəlxalq qiymətləndirmə, təhsil sistemi, şagird bacarıqları, PİSA/TİMSS/PİRLS, akademik nailiyyət


Baxış: 392