Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/45/185-189

Nailə Namazova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

magistrant

namazovanaile11@gmail.com

 

Beynəlxalq ticarətin inkişafı üçün müasir texnologiyaların tətbiqi və rəqəmsal ticarət imkanları

 

Xülasə

 

Müasir texnologiyaların beynəlxalq ticarətin inkişafına təsiri və rəqəmsal ticarətin yaratdığı imkanlar ticarətin qloballaşmasını sürətləndirən vacib amillərdən biridir. Rəqəmsallaşma, informasiya texnologiyalarının tətbiqi və elektron ticarət platformaları beynəlxalq ticarət proseslərini daha sürətli, şəffaf və əlçatan edir. Xüsusilə bulud texnologiyaları, blokçeyn, süni intellekt və Böyük Məlumat (Big Data) kimi innovativ həllər tədarük zəncirlərinin optimallaşdırılmasını, məhsul və xidmətlərin qlobal bazarlara inteqrasiyasını asanlaşdırır.

Bu məqalədə beynəlxalq ticarətin inkişafında müasir texnologiyaların və rəqəmsal ticarətin rolundan bəhs olunacaq. Məqalədə texnologiyaların beynəlxalq ticarətin effektivliyini artırmaq, əməliyyatları optimallaşdırmaq və qlobal bazarlarla inteqrasiya imkanlarını genişləndirməkdəki əhəmiyyət araşdırılacaqdır. Məqalədə, həmçinin, rəqəmsal ödəniş sistemlərinin beynəlxalq ticarət əməliyyatlarına gətirdiyi üstünlüklər və bu texnologiyaların dünya iqtisadiyyatına təsiri ətraflı şəkildə təhlil olunacaqdır.

Açar sözlər: ticarət, texnologiya, rəqəmsal, beynəlxalq, rəqəmsallaşma


Baxış: 69