DOI: https://doi.org/10.36719/2706-6185/47/234-237
Oktay Şahbazov
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
https://orcid.org/0009-0006-7344-3277
shahbazovoktay41@gmail.com
Beynəlxalq valyuta sisteminin dayanıqlığının təmin olunmasında beynəlxalq
maliyyə təşkilatlarının və tənzimləyici orqanların rolu
Xülasə
Beynəlxalq valyuta sistemi qlobal iqtisadi sabitlik və inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Bu sistemin dayanıqlığının təmin olunmasında beynəlxalq maliyyə təşkilatları və tənzimləyici orqanlar əsas rol oynayır. Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, Beynəlxalq Hesablaşmalar Bankı (BIS) və digər maliyyə institutları qlobal maliyyə bazarlarının sabitliyini qorumaq, valyuta böhranlarının qarşısını almaq və iqtisadi inkişafı dəstəkləmək üçün müxtəlif mexanizmlər tətbiq edirlər. BVF üzv ölkələrə maliyyə yardımı göstərməklə və makroiqtisadi siyasətlərdə tövsiyələr verməklə valyuta sisteminin sabitliyini qorumağa çalışır. Dünya Bankı isə uzunmüddətli iqtisadi inkişaf və infrastruktur layihələrinin maliyyələşdirilməsinə dəstək verir. Beynəlxalq Hesablaşmalar Bankı mərkəzi banklar arasında əməkdaşlığı gücləndirərək qlobal likvidliyin idarə olunmasına töhfə verir.
Açar sözlər: maliyyə yardımı, iqtisadi risklər, maliyyə bazarları, normativ qaydalar, iqtisadi inkişaf