Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

“Bhaqavata Gita” əsərində

şüur və onun inkişaf yolları

 

Rahilə Qurbanova

 

Xülasə. Məqalədə “Bhaqavad Gita” əsərində şüur anlayışı və onun inkişaf yolları araşdırılmışdır. Araşdırma nəticəsində şüurun mahiyyəti müəyyənləşdirilmiş və insanın mənəvi inkişafında şüurun rolu təhlil edilmişdir. İnsanin şüuru müxtəlif mənəvi və fəlsəfi baxışlara görə, müəyyən vəziyyətlərə əsasən ya açıq ya da qapalı olduğu təhlil edilir. Məqalədə göstərilir ki, açıq şüur insanın özünü Atman olaraq tanıması, təbii, əbədi, saf mənliyin fərqinə varması ilə əlaqədardır. İnsan özünü yalnız maddi bədən və eyni zamanda şəxsi maraqlar ilə əlaqələndirəndə şüur qapalı olur. Bu da insanın özünü digər insanlardan və dünyadan ayırmış bir varlıq kimi görməsinə səbəb olur. Bu halda şüur maddi dünyadan və hisslərdən asılı olur. Burada şüur insanın həqiqi mənliyini dərk etməsinin əsas şərti kimi təqdim edilir. Şüurun təmizlənməsi yoqa və meditasiya vasitəsilə mümkün olduğu vurğulanır. Əsərdə karma yoqa, bhakti yoqa və jnana yoqa insanın  mənəvi kamilləşməsini təmin edən inkişaf yolları kimi xarakterizə olunur. Məqalədə qeyd edilir ki, bhakti yoqa məhəbbət və sevgi, karma yoqa hərəkət və xidmət, jnana yoqa bilgi və şüur yolu ilə şüurun inkişafına, insanın maddi dünya ilə əlaqələrini təmizləməsinə, əsl mənliyini dərk etməsinə, eqo və maddi təsirlərdən azad olmasına kömək edir. Eyni zamanda göstərilir ki, şüurun inkişafı insanı maddi bağlılıqlardan azad olmasına, daxili harmoniya əldə etməsinə və ali həqiqətə yaxınlaşmasına imkan yaradır.

 

Açar sözlər: şüur, mənəvi inkişaf, sükunət, daxili sakitlik, harmoniya, karma yoqa, bhakti yoqa,  jnana yoqa

 


Baxış: 7