Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/115-126

Laçın Kamilov

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

https://orcid.org/0009-0001-4867-0623

kamilovlachin@gmail.com

 

Biznes qərarlarının əsaslandırılmasında hədəf göstəriciyə əsaslanan

maya dəyəri metodunun tətbiqi

 

Xülasə

 

Hədəf göstəriciyə əsaslanan maya dəyəri metodu – şirkətin mənfəət əldə etməsinə kömək edən bir metod kimi, məhsulun istehsalı və xidmətin göstərilməsi zamanı, xərclərin maksimum icazə verilən səviyyəsini müəyyənləşdirir. Bu metod bazar qiymətinin təhlili ilə başlayır, yəni hədəf seqmenti üçün qəbul edilə bilən qiymət təyin edilir və bu, xərclərin hesablanmasının əsasını təşkil edir. Məhsul inkişafının erkən mərhələlərində maliyyə üzrə mütəxəssislərin iştirakı ilə xərclərin optimallaşdırılması həyata keçirilir. Bu prosesdə “marketinq mövqeləndirilməsi”, “SWOT təhlili”, “rəqabət mühitinin təhlili”, “zərərsizlik nöqtəsinin hesablanması” kimi anlayışlar və həmçinin “həyat dövrü xərcləri” ilə “maliyyə səmərəliliyi” konsepsiyaları istifadə olunur. Bu yanaşma məhsulun həyat dövrünün bütün mərhələlərində xərclərin nəzarətini təmin edir, tələb olunan rentabelliyi qoruyur və proseslərin optimallaşdırılması, texnologiyaların təkmilləşdirilməsi istiqamətində əsaslı biznes qərarlarının qəbuluna şərait yaradır. Lakin, metodun uğurlu tətbiqi üçün bazar şəraitinin dəqiq proqnozlaşdırılması, əsas performans göstəricilərin (KPI) təhlili və bütün maraqlı tərəflərin aktiv iştirakı tələb olunur ki, bu da yüksək qeyri-müəyyənlik şəraitində çətinlik yarada bilər. Hədəf göstəriciyə əsaslanan maya dəyəri metodu bir neçə mərhələdən ibarətdir: hədəf qiymətin müəyyən edilməsi üçün bazar analizi, mənfəətin hesablanması, icazə verilən maya dəyərinin təyin edilməsi, məhsulun optimizasiyası və xərclərə nəzarət. Bu metod rəqabət qabiliyyətini artırır, resursların idarə edilməsini yaxşılaşdırır, lakin detallı təhlil tələb etdiyi üçün xərcləri artırır.

Açar sözlər: hədəf göstəriciyə əsaslanan maya dəyəri metodu, mənfəət, marketinq, xərclər, məhsul


Baxış: 468