Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/117/73-78

Tehranə Məmmədova

Naxçıvan Dövlət Universiteti

Magistrant

https://orcid.org/0009-0009-6013-1073

altuno@inbox.ru

 

Biznes riskləri və onların iqtisadi sistemin sahələri üzrə təzahürü

 

Xülasə

 

Tədqiqatın məqsədi – biznes risklərinin mahiyyətinin araşdırılması, həmçinin onların ümumilikdə ölkənin və regionların iqtisadi sistemlərinin, müxtəlif əlamətlərlə fərqlənən təsərrüfat subyektlərinin həyatında oynadığı rolun qiymətləndirilməsi

Tədqiqatın metodologiyası – müşahidə, qruplaşdırma, müqayisəli təhlil, balans me­todlarından istifadə olun­ması.

Tədqiqatın nəticələri – Azərbaycan Respublikasının iqtisadi sahələrinin fəaliyyətlərində müxtəlif təyinatlı risklərin məzmun və mahiyyətinə aydınlıq gətirilməsi, onların yaranma səbəbləri və formalaşdıra biləcək qarşılıqlı təsirlərinin komples şəkildə öyrənilməsi.

Tədqiqatın təcrübi əhəmiyyəti – risklərin nəzəri aspektdə olduğu kimi, təcrübi aspektlərdə də özünü ifadə edə bilməsi, risklərin qruplaşdırılması bazasında amillərin keyfiyyət xarakeristikalarının dəqiqləşdirilməsi, onların mənfi və müsbət məqamlarının istifadə edilməsi şərtlərinin müəyyənləşdirilməsi, iqtisadi sahə və istiqamətlər üzrə daha dəqiq və düşünülmüş tədbirlərin icrası.

Tədqiqatın orijinallığı və elmi yeniliyi –müxtəlif elmi üsul, mexanizm və vasitələrdən istifadə etməklə iqtisadi sistemin sahələrində yarana biləcək situasiyalara risklər baxımından qiymətin verilməsi, fərqli prizmalı yanaşmaların təmin edilməsi yolu ilə çoxamilli tədqiqatların həyata keçirilməsi, risklərlə bağlı bəlli yekunlaşdırmaların aparılması.  

Açar sözlər: biznes fəaliyyəti, biznes riskləri, iqtisadi sistem və onun sahələri, sahəvi risklər,  risk səviyyələri 

 


Baxış: 180