Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/49/118-124

Tayfun Quliyev

WSB Universiteti

magistrant

https://orcid.org/0009-0005-6190-8623

tayfunguliyev@outlook.com

 

Blokçeyn Miqyaslılıq İqtisadiyyatı: Təhlükəsizliyin balanslaşdırılması, mərkəzsizləşdirmə və transaksiya xərcləri

 

Xülasə

 

Məqalə blokçeyn texnologiyasının təkamülü, problemləri və potensialını “ağıllı sənaye” və rə­qəmsal iqtisadi transformasiya kontekstində araşdırır. Əvvəllər kriptovalyutaların yüksəlişi ilə irə­liləyən blokçeyn zamanla ilkin həddindən artıq gözləntiləri aşaraq miqyaslana bilmə qabiliyyəti, ener­ji səmərəliliyi və real tətbiq imkanları baxımından ciddi tənqidlərin obyektinə çevrilmişdir. Təd­­qiqat bu texnologiyanın mərkəzsizləşməyə əsaslanan fəlsəfəsi ilə sənayedəki real tətbiqləri arasında yaranan ziddiyyətləri vurğulamaqla yanaşı, ona dair mütəxəssis fikirlərini — həm nikbin, həm də skeptik yanaşmaları — təhlil edir.

Məqalə blokçeyn texnologiyasının iqtisadi funksiyalarına — əməliyyatların təsdiqi, tokenləş­dirmə və konsensus mexanizmlərinə — fokuslanaraq, bu arxitekturanın tranzaksiya xərclərinin azal­dılması və rəqəmsal sistemlərdə yeni etimad formalarının yaradılması baxımından imkanlarını müzakirə edir. Həmçinin, Hyperledger Fabric və Corda kimi “kvazi-blokçeyn” platformalarının meydana çıxması qiymətləndirilir. Bu platformalar tam mərkəzsizliyi qurban versələr də, daha yük­sək miqyaslanma və mövcud müəssisə sistemlərinə inteqrasiya baxımından üstünlüklər təqdim edir.

Məqalədə e-Qaimələşdirmə (e-Invoicing), təchizat zəncirinin maliyyələşdirilməsi və blokçeyn texnologiyasının Nesnələrin İnterneti (IoT) və Süni İntellektlə birləşməsi kimi əsas tətbiq sahələri analiz olunur. Bu nümunələr blokçeyn texnologiyasının əməliyyatların optimallaşdırılması, şəffaf­lığın artırılması və institusional innovasiyaların dəstəklənməsi üçün potensialını nümayiş etdirir. Məqalənin nəticəsinə görə, blokçeyn rəqəmsal şəxsiyyət və mərkəzsiz dəyər mübadiləsi üçün ümid­verici imkanlar təqdim etsə də, onun uzunmüddətli təsiri yalnız yüksək performanslı, sərfəli və miq­yaslana bilən sistemlərin inkişaf etdirilməsi, həmçinin bu sahədə texnoloji və sosial-iqtisadi təd­qi­qatların davam etdirilməsi ilə təmin edilə bilər.

Açar sözlər: Blokçeyn texnologiyası, ağıllı sənaye, tranzaksiya xərcləri, tokenləşdirmə, mərkəz­siz sistemlər, rəqəmsal şəxsiyyət, e-Qaimələşdirmə, təchizat zəncirinin maliyyələşdirilməsi, miqyas­lana bilmə, rəqəmsal transformasiya, institusional innovasiya, paylanmış reyestr


Baxış: 362