DOI: https://doi.org/10.36719/2706-6185/49/125-128
Şəbnur Allahverdili
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
magistrant
https://orcid.org/0009-0007-6509-3462
sebinur9@gmail.com
Bölgə teatrlarının inkişaf meyilləri:
repertuar siyasəti kontekstində
Xülasə
Bu məqalədə 1991–2024-cü illər ərzində Azərbaycan bölgə teatrlarında müşahidə edilən inkişaf meylləri repertuar siyasəti kontekstində təhlil olunur. Müstəqillik dövrünün ictimai-siyasi və mədəni mühiti nəzərə alınaraq, bölgə teatrlarının repertuar seçimində janr və üslub baxımından hansı istiqamətlərin üstünlük təşkil etdiyi araşdırılır. Məqalədə dövlət teatr siyasətinin bölgələrdəki tətbiqi, sənət ocaqlarının qarşılaşdığı təhcizat, texniki avadanlıq və maliyyə çətinlikləri, yaradıcı heyətin formalaşması və yerli auditoriyanın tələbləri fonunda repertuarın zənginləşməsi məsələləri şərh edilir. Həm klassik, həm də müasir dramaturgiyanın bölgə teatrlarının repertuarında təmsil səviyyəsi, yaradıcılıq axtarışları müqayisəli şəkildə təqdim olunur. Nəticə etibarilə, bölgə teatrlarında repertuar siyasətinin teatrın bədii-estetik inkişafına bilavasitə təsir etdiyi, bu siyasətin isə zaman-zaman mərkəzdən idarə olunan tendensiyalarla yerli təşəbbüslər arasında balans axtarışında olduğu qənaətinə gəlinir.
Açar sözlər: Azərbaycan teatrı, müasir teatr, bölgə teatrları, Şəki Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, repertuar siyasəti, dramaturgiyada janr prinsipləri, tamaşa, rejissor, üslub, aktyor oyunu