Arxiv
ELMİ TƏDQİQAT - 2026
DOI: https://doi.org/10.36719/2789-6919/49/38-49
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, “De Fendo” Vəkil Bürosu
hüquq üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0009-1688-2996
rufat.goyushov@gmail.com
Böyük Britaniyada kredit müqavilələri kontekstində ipoteka mübahisələri və ipoteka hüquqlarının ötürülməsi: Azərbaycanla müqayisəli hüquqi təhlil
Xülasə
Bu məqalədə Böyük Britaniya və Azərbaycan hüquq sistemlərində kredit müqavilələri kontekstində ipoteka mübahisələri və ipoteka hüquqlarının ötürülməsi institutları müqayisəli hüquqi təhlil əsasında araşdırılır. Əvvəlcə, ipoteka münasibətlərinin əsas hüquqi çərçivəsi və tərəflərin hüquq və öhdəlikləri müəyyən edilir. Daha sonra, Böyük Britaniyada tətbiq olunan Əmlak Hüququ haqqında Qanun (LPA, 1925), redemption hüququnun məzmunu və Maliyyə Davranışı İdarəsinin (FCA) tənzimləmə mexanizmləri ilə yanaşı, Azərbaycanda ipoteka hüququnun formalaşması və inkişafı müqayisə edilir. Elmi əsaslarla aparılan analiz nəticəsində, hər iki ölkədə kreditor və borcalan arasında hüquqi münasibətlərin müxtəlifliyi, ipoteka hüquqlarının ötürülməsi qaydaları və mübahisələrin həlli mexanizmləri aşkar edilir. Məqalənin nəticəsi olaraq, tərəflərin hüquq bərabərliyinin təmin olunması və effektiv ipoteka institutunun formalaşmasına yönəlik təkmilləşdirici təkliflər irəli sürülür.
Açar sözlər: girov və ipoteka hüququ, kredit müqaviləsi, ipoteka mübahisələri, hüquqların ötürülməsi, Böyük Britaniya, Azərbaycan, əmlak hüququ, Redemption hüququ, kreditor, borcalan, müsadirə, məhkəməqabağı protokol, alternativ həll yolları
Baxış: 359