DOI: https://doi.org/10.36719/2789-6919/48/18-30
Müşfiq Çobanov
Azərbaycan Texniki Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0008-8684-2722
mborcali@gmail.com
Böyük istiqlal şairinin yaradıcılığında ana dili və azadlıq,
millilik və tolerantlıq, ədəbi əlaqələr və Gürcüstan konsepti
Xülasə
Məqalədə B.Vahabzadə yaradıcılığında gürcü və Gürcüstan mövzusu araş¬dırılır. Göstə¬rilir ki, şairin yaradıcılığı janr, forma, növ, üslub baxımından zəngin olduğu kimi, müxtəlifdir. İstər poe¬zi-yasında, publisistika, nəsr, ssenari və drama¬turgiya¬sın¬da insanla təbiətin harmoniyasını, tarixilik və müasirlik düşüncəsini əks etdirir. Məhz bu vətəndaşlıq motivləri şairin yaradıcı¬lığın¬da Gür¬cüstan möv¬zusunu şərt¬lən¬dirən amillərdəndir. Belə ki, Gürcüstanın təbiəti, gözəllikləri ilə yanaşı, həm də şairi burada yaşayan həmvətənlərinin taleyi maraqlandırır. Milli azadlıq müba¬rizə¬sində ilk şəhid verən xalqlardan biri də gürcü xalqı idi. “İkibaşlı qartal” şeirin¬də Rusiyanın xalqların və millətlərin “qəsdinə durmasını”, “məmləkətləri bir-biri¬nin üstünə salmasını” təsvir edir. B.Va¬hab¬zadə yara¬dı¬cılı-ğının başqa bir faktoru isə Gürcüstanda yaşayan azərbaycanlı şairlərin yara¬dıcı¬lığını ilzəmək və onu bədii-estetik cəhətdən yüksək dəyərləndirmək olmuşdur. Məlumdur ki, gür¬cü şair və yazıçıları Azərbaycana bir çox şeirlər, hekayələr yazmışlar. Bu proses Azərbaycan ədəbiyyatında da baş ver-mişdir; S.Vurğun, S.Rüstəm, R.Rza, M.Dilbazi, O.Sarı¬vəl¬li, M.Araz, A.Babayev və başqa onlarla şair Gürcüstanı tərənnüm etmişdir. B.Va¬hab¬zadə yaradıcılığında bu pro¬ses başqa istiqamətdə get-mişdir. Onun yaradı¬cılığında gürcü ədəbiyyatı ilə ideya cəhətdən səs¬ləşən əsərlər olduğu kimi, burada yaşayıb yaradan Azərbaycan şairlərinin yaradıcılığına diq¬qət göstərərək məqalə yazmışdır. Eyni zamanda onun şeirləri gürcü dilinə tərcümə olunmuşdur.
Açar sözlər: Azərbaycan, ana dili, azadlıq, istiqlal, Vahabzadə, poeziya, vətəndaşlıq, dostluq, gürcü, Gürcüstan, ədəbi əlaqələr, motiv, konsept