Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/43/82-85

Elmar Əliyev

Azərbaycan Universiteti

magistrant

https://orcid.org/0009-0000-5929-657X

elmar.aliyev.3005@gmail.com

 

Büdcə daxilolmalarında vergitutma və auditin inkişaf istiqamətləri

 

Xülasə

Məqalədə müasir şəraitdə vergitutma və auditin inkişaf istiqamətlərindən  bəhs edilir. Son illər  ölkəmizdə beynəlxalq təcrübəyə əsaslanan müasir vergitutma sahəsində aparılan davamlı  iqtisadi islahatlar çox məqsədəuyğundur. Vergitutma və audit bu daxilolmaların düzgünlüyünü və şəffaflığını təmin etmək baxımından böyük rol oynayır. Bu məqalədə, büdcə daxilolmalarında vergitutma və auditin inkişaf istiqamətləri nəzərdən keçiriləcəkdir. Vergitutma, dövlətin maliyyə resurslarını toplaması və iqtisadi siyasətini həyata keçirməsi baxımından mühüm rol oynayır. Büdcə daxilolmalarının əsas mənbələrindən biri olan vergilər, dövlətin sosial və infrastruktur layihələrini maliyyələşdirmək üçün təməl funksiyanı yerinə yetirir. Bununla yanaşı, vergitutmanın inkişafı, vergi sisteminin modernləşdirilməsi və vergi mədəniyyətinin yüksəldilməsi, dövlətin büdcə daxilolmalarının artırılmasına və iqtisadiyyatın davamlı inkişafına töhfə verir. Bu məqalədə, büdcə daxilolmalarında vergitutmanın inkişaf istiqamətləri müzakirə ediləcəkdir. Vergitutma və audit sahələrində büdcə daxilolmalarının artırılması və idarə edilməsinin təkmilləşdirilməsi, dövlət maliyyəsinin səmərəli istifadəsi və iqtisadiyyatın dayanıqlı inkişafı üçün əhəmiyyətli rol oynayır. Bu istiqamətlərdə inkişafın təşviq edilməsi, həm yerli, həm də beynəlxalq təcrübələrə əsaslanaraq, müxtəlif təşəbbüslərin həyata keçirilməsini tələb edir.

Açar sözlər: vergi auditi, vergitutma, büdcə gəlirləri, dövlət büdcəsi, vergi sistemi


Baxış: 81