DOI: https://doi.org/10.36719/2663-4619/117/122-126
Miryusif Naxçivani
Azərbaycan Texniki Universiteti
magistrant
https://orcid.org/0009-0003-5983-566X
miri.naxcivani@gmail.com
Bulud texnologiyasının istifadəsinin üstünlükləri
Xülasə
Bu məqalədə bulud texnologiyasının istifadəsinin üstünlükləri elmi əsaslarla təhlil edilir və bu texnologiyanın istehsalat sektorunda tətbiq imkanları geniş şəkildə araşdırılır. Bulud həllərinin texniki, iqtisadi və idarəetmə baxımından müəssisələrə yaratdığı üstünlüklər sistemli formada təqdim olunur. Məqalədə beynəlxalq təcrübədən Amazon Web Services, Microsoft Azure və Google Cloud kimi platformaların nümunələri göstərilməklə yanaşı, Azərbaycanda Azersun Holding və SOCAR kimi müəssisələrin uğurlu bulud keçidləri də təhlil olunur. Təhlükəsizlik, inteqrasiya və hüquqi tənzimləmə ilə bağlı çağırışlar və onların həlli yolları şərh olunur. Gələcək inkişaf istiqamətləri çərçivəsində isə süni intellekt, kənar hesablama və bulud təhlükəsizliyi kimi sahələrin əhəmiyyəti vurğulanır. Məqalənin nəticələri göstərir ki, bulud texnologiyası müəssisələrin rəqabətqabiliyyətini və rəqəmsal çevikliyini artıran strateji vasitə kimi çıxış edir.
Açar sözlər: bulud texnologiyası, inteqrasiya, infrastruktur, təhlükəsizlik, əlçatanlıq, istehsalar sektoru