Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/125/170-184

      Şükür Nəsirov

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

texnika elmləri üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0001-6421-7549

shukur.nasirov@asoiu.edu.az

Aydan Əliyeva

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

magistrant

https://orcid.org/0009-0009-9732-5699

aliyavaaydan2002@gmail.com

Seymur Həşimov

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

magistrant

https://orcid.org/0009-0006-6771-6451

seymurhashimov773@gmail.com

 

Buxar-qaz qurğularının istilik sxeminin və iş rejiminin analizi

 

Xülasə

 

Bu məqalədə istismar zamanı əldə olunmuş faktiki ölçmə nəticələri əsasında üç dövrəli buxar-qaz qurğularının istilik səmərəliliyi sistemli şəkildə təhlil edilmişdir. Tədqiqat çərçivəsində istilik sxeminin əsas parametrlərinin qurğunun ümumi faydalı iş əmsalına təsir mexanizmləri müəyyən olunmuşdur. Qaz və buxar turbinli hissələrin əsas iş göstəriciləri qarşılıqlı əlaqədə araşdırılmış, işçi maddə kimi istifadə edilən buxar-su qarışığının istilik-fiziki xüsusiyyətləri nəzərə alınmışdır.

Aparılmış analiz nəticəsində müəyyən edilmişdir ki, aralıq qızdırılma üçün optimal təzyiq seçildiyi halda, buxarın temperaturunun artırılması buxar turbininin faydalı gücünü əhəmiyyətli dərəcədə yüksəldir və bu, ümumi qurğu səmərəliliyinə birbaşa təsir göstərir.

Eyni zamanda, kondensator təzyiqinin səviyyəsinin buxar-qaz qurğusunun xalis gücünü formalaşdıran əsas amillərdən biri olduğu müəyyən olunmuşdur. Kondensasiya təzyiqinin azalması turbin çıxışında işçi cismin genişlənmə dərəcəsini artıraraq əlavə mexaniki işin əldə edilməsinə şərait yaradır.

Üç dövrəli buxar-qaz qurğusunun müxtəlif istismar rejimləri araşdırılmış və müvafiq rejim xarakteristik qrafikləri qurulmuşdur. Təhlil nəticələri göstərir ki, yanma məhsullarının temperaturu və kondensator təzyiqi sabit saxlanıldıqda, qaz turbininin, buxar turbininin və bütövlükdə enerji blokunun gücü nisbətən stabil qalır.

Alınmış nəticələr buxar-qaz qurğularının layihələndirilməsi, istismar rejimlərinin optimallaşdırılması və enerji səmərəliliyinin artırılması baxımından praktiki əhəmiyyət kəsb edir.

Açar sözlər: buxar-qaz qurğusu, istilik sxemi, iş rejimi, qaz turbini, buxar turbini, utilizasiya qazanı, enerji bloku

 


Baxış: 40