DOI: https://doi.org/10.36719/2663-4619/126/146-151
Nicat Verdiyev
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
doktorant
https://orcid.org/009-000-8618-5533
nicat.verdiyev.2020@gmail.com
Buxar-qaz turbinlərinin rejim parametrlətinin optimallaşdırlması
Xülasə
Son dövrlərdə ölkəmizdə enerji sektoruna maraq getdikcə artmaqdadır. Bunun əsas səbəblərindən biri ölkəmizin həm daxili istehlak üçün enerji istehsalı, həm də xarici bazar üçün etdiyi investisyalar fonunda enerji potensialımız getdikcə yüksələn qrafik ilə özünü göstərir. Bərpaolunan enerji mənbələri ilə yanaşı son illərdə ənənəvi enerji istehsalı sahələrinə maraq ciddi şəkildə artmışdır. Buna misal olaraq yeni istifadəyə verilmiş 1280 MVt gücündə Azərbaycan İES-nın rekonstruksiyası və yeni enerji bloklarının tikintisi nümunə göstərə bilərik.
Buxar-qaz qurğuları yüksək sərfəlilik, yanacaqdan rasional istifadə və ekoloji göstəricilərin yenilənməsi baxımdan müasir enerji sistemlərinin vacib hissələrindəndir. Qurğuların səmərəliliyi temperatur, təzyiq, axın və yüklənmə rejimlərinin optimallığından asılıdır. Qaz turbininin giriş temperaturu, sıxılma səviyyəsi (dərəcəsi), buxar generatorunda istilik mübadiləsi, buxarın parametrləri və kondensasiya rejimi faydalı iş əmsalını müəyyənləşdirir. Məqalədə rejim parametrlərinin təkmilləşdirilməsi termodinamik və ekserji yanaşmalarla tədqiq olunur, enerji və ekserji itkilərinin əsas qaynaqları müəyyən edilir və optimal iş sahələri formalaşdırılır. Optimallaşdırılmış parametrlər yanacaq sərfiyyatının səviyyəsini aşağı salır, elektrik istehsalının səviyyəsini çoxaldır, avadanlıqların yüklənməsini minimuma salır və istismar etibarlılığını genişləndirir, enerji səmərəliliyinin artırılması və ətraf mühitə təsirin minimuma endirilməsi aspektindən praktik əhəmiyyət kəsb etməkdədir. Eyni zamanda, əldə edilən nəticələr enerji sistemlərinin çevik idarə edilməsinə, uzunmüddətli dayanıqlığın təmininə, texniki xidmət məsrəflərinin azaldılmasına və dəyişən yük qrafikləri mühitində qurğuların sabit çalışmasının təmin edilməsinə mühüm töhfə verir. Bu yanaşma regional enerji təhlükəsizliyinin təkmilləşdirilməsinə və iqtisadi səmərəliliyin mütəmadi artırılmasına müasir sənaye mühitində geniş imkanlar formalaşdırır.
Açar sözlər: buxar-qaz qurğusu, rejim parametrləri, optimallaşdırma, ekserji analizi, enerji səmərəliliyi