DOI: https://doi.org/10.36719/2663-4619/117/52-57
Aysu Musayeva
Bakı Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0009-4501-9454
aysu.musayeva289@gmail.com
Büyükadada davamlı turizm modeli
Xülasə
Bu məqalədə İstanbulun Adalar bölgəsində yerləşən və turizm baxımından ən çox ziyarət edilən bölgələrindən biri olan Büyükadada davamlı turizm modelinin tətbiq imkanları araşdırılmışdır. Ada təbii və mədəni zənginlik baxımından üstünlüklərə malik olsa belə, son illərdə nəzarətsiz və mövsümi turizm fəaliyyəti nəticəsində ciddi ekoloji - sosial təziqlərlə üz-üzə qalmışdır. Araşdırmanın əsas məqsədi, bu təziqləri azaltmaqla yanaşı, adada yerli icmaların rifahını və təbii resursların qorunmasını təmin edən uzunmüddətli və balanslı bir turizm modelinin formalaşdırılması üçün praktiki yanaşmaları təklif etməkdir.
Tədqiqat çərçivəsində davamlı turizmin əsas komponentləri olan ekoloji davamlılıq, sosial-mədəni inteqrasiya və iqtisadi balans prinsipləri əsas götürülmüş, yavaş turizm, ekoturizm və təcrübə əsaslı turizm kimi alternativ turizm modellərinin Büyükada kontekstində tətbiq imkanları təhlil olunmuşdur. Həmçinin yerli idarəetmənin, qeyri-hökumət təşəbbüslərinin və cəmiyyətin aktiv iştirakının bu modelin qurulmasında mühüm rol oynadığı göstərilmişdir.
Nəticə olaraq, Büyükada üçün turizmin daşıma tutumuna əsaslanan planlı idarəetməsi, mədəni irsin qorunması, yerli resurslardan səmərəli istifadə və sosial rifahın təmin olunması ilə mümkün olan davamlı turizm modelinin inkişaf etdirilməsi təklif olunur. Bu yanaşma yalnız Büyükada üçün deyil, digər ada tipli turizm məkanları üçün də nümunəvi çərçivə kimi qiymətləndirilə bilər (Королёва & Федоров, 2020)
Açar sözlər: Davamlı turizm, Ekoturizm, Yavaş turizm, Təcrübə əsaslı turizm, Daşıma tutumu, Turizm strategiyaları, Alternativ turizm növləri