Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/45/186-190

Toğrul Mustafayev

Fridrix Şiller Universitet Yena

https://orcid.org/0009-0001-8380-2310

togrulmustafayev8@gmail.com

 

CBDC-nin müasir ödəniş sistemlərinə təsirinə dair ədəbiyyat araşdırması

və bank sektorunun adaptasiya strategiyaları

 

Xülasə

Mərkəzi bank rəqəmsal valyutaları (CBDC) müasir maliyyə sistemlərinin inkişafına mühüm təsir göstərən rəqəmsal innovasiyalardan biridir və kommersiya bankçılığının strukturunu dəyişdirə biləcək potensiala malikdir. Bu məqalədə CBDC-nin müasir ödəniş sistemlərinə təsiri və bank sektorunun bu yeni maliyyə texnologiyasına uyğunlaşma strategiyaları nəzərdən keçirilmişdir. CBDC-nin tətbiqi nəticəsində kommersiya banklarının kredit və depozit bazarlarındakı rolu dəyişə bilər, çünki bu rəqəmsal valyuta bankların vasitəçilik funksiyasına birbaşa təsir göstərir. Transsərhəd ödənişlərin sürətləndirilməsi, əməliyyat xərclərinin azaldılması və likvidliyin optimallaşdırılması CBDC-nin maliyyə bazarlarında oynaya biləcəyi əsas rollardan biridir. Bununla belə, CBDC-nin geniş miqyaslı tətbiqi tənzimləyici çərçivələrin yenilənməsini və bank sektorunda texnoloji transformasiyanın sürətləndirilməsini tələb edir. Bu araşdırmanın nəticələri göstərir ki, kommersiya banklarının rəqəmsal valyutalara uyğunlaşması üçün yeni biznes modelləri və innovativ yanaşmalar inkişaf etdirilməsi zəruridir. CBDC-nin müasir maliyyə sistemlərinə təsiri kommersiya bankçılığına dair ənənəvi yanaşmaları dəyişdirməklə yanaşı, rəqəmsal ödənişlərin və maliyyə əməliyyatlarının təhlükəsizliyini və effektivliyini artırmağa yönəlmişdir. Bu rəqəmsal valyutaların geniş miqyasda tətbiqi bank sektorunda yeni tənzimləmə çərçivələrinin və texnoloji infrastrukturun inkişaf etdirilməsini tələb edir ki, bu da maliyyə institutlarının fəaliyyət modellərində köklü dəyişikliklərə səbəb ola bilər.

Açar sözlər: CBDC, ödəniş sistemləri, kommersiya bankları, rəqəmsal valyutalar

 


Baxış: 91