DOI: https://doi.org/10.36719/2789-6919/56/129-136
Maşallah Əhədzadə
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
magistrant
https://orcid.org/0009-0008-1753-6828
masallahehedzade@gmail.com
Çebişev sırasının tətbiqi ilə bir sinif sinqulyar nüvəli inteqral tənliyin təqribi həllinin araşdırılması
Xülasə
İşdə çatlar nəzəriyyəsi, elastiklik nəzəriyyəsi, elektrodinamika, aerodinamika və s. məsələlərində geniş tətbiq olunan birinci növ sinqulyar nüvəli inteqral tənliyin təqribi həllinin varlığı və yeganəliyi göstərilmişdir. Bundan əlavə, bu işdə ilk dəfə olaraq kəsik üzərində sinqulyar tənliklərin təqribi həlli üçün Çebışev sıralarından istifadə olunan bir üsul təklif olunmuşdur. Verilən bu üsulun mahiyyəti ondan ibarətdir ki, sinqulyar inteqral tənliyin həlli məsələsi sıxlığın Çebışev sırası ilə əvəz olunmasından sonra verilmiş həllin uyğunlaşma əmsalları üzrə naməlum xətti cəbri tənliklər sisteminin həllinə gətirilir. Həmçinin, baxılan birinci növ sinqulyar nüvəli inteqral tənliyin təqribi həllinin dəqiq həllə yığılma sürəti verilmişdir və alınan nəticələrin bir neçə nümunə misallar üzərində dəqiqliyi də yoxlanılmışdır.
Açar sözlər: tənlik, inteqral, sinqulyar nüvəli, Çebışev sıraları