Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/121/9-16

Aytən Əliyeva

AMEA Mərkəzi Elmi Kitabxana

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0005-0028-6082

dissertant1@gmail.com

 

Cəlil Məmmədquluzadə yaradıcılığında milli-mənəvi oyanışın təzahürləri

 

Xülasə

 

Tənqidi-realistik satirik ədəbiyyatın yaradıcısı, böyük yazıçı, dramaturq, jurnalist və ictimai xadim Cəlil Məmmədquluzadə zəngin yaradıcılığı ilə həyatın və cəmiyyətin dərin qatlarını realist boyalarla açıb göstərmişdir. Ədibin yaratdığı Molla Nəsrəddin məcmuəsi, 1905-ci il inqilabından sonra Azərbaycanda xalq azadlıq hərəkatının məna və ruhunu doğru ifadə edən ən nüfuzlu mətbuat orqanı kimi tanınmışdır. Yazıçının Ölülər komediyasında milli-mənəvi oyanışa və ictimai-mədəni tərəqqiyə üstünlük verilirdi. Azərbaycançılıq ideyasını özündə ehtiva edən Anamın kitabı adlı möhtəşəm əsərində isə xalqı milli birliyə, soykökə və zəngin dilimizi qorumağa səsləyən qiymətli bir xəzinə kimi, qaranlıq dünya üzərindəki mənəvi qalibiyyətləri ilə dövrün tələb etdiyi mütərəqqi ictimai fikir uğrunda apardığı mübarizə ilə təsvir olunmuşdur.

“Qurbanəli bəy” hekayəsində isə Qurbanəli bəy Qapazlı kəndinin mülkədarı və ağası olaraq haqsızlığın tərənnümçüsüdür. “Xanın təsbehi” hekayəsində isə İslam aləmində müqəddəs əşya sayılan təsbeh vasitəsilə, yəni din adı altında edilən bir çox özbaşınalıqlar təsvir olunmuşdur. “Dəllək” hekayəsində savadsızlığın hansı bəlalara səbəb ola biləcəyi açıq şəkildə göstərilmiş, “Taxıl həkimi” hekayəsində isə ziyalının ziyalı adına xələl gətirən hərəkəti tənqid olunmuşdur. “Saqqallı uşaq” hekayəsində sərlövhə, cəmiyyətin mənən şikəst etdiyi, avam və savadsız hala saldığı yaşlı kişi – Kəblə Əzim, saqqallı uşaq simvolik adı ilə ifadə olunmuşdur. Bundan əlavə, Mirzə Cəlilin Molla Nəsrəddin, “Hop-hop”, “Lağlağı”, “Dəli”, “Cızvızçı”, “Hərdəmxəyal”, “Yuxusuz Molla əmi” imzaları ilə qələmini sınadığı haqqında da məlumat verilmişdir.

Açar sözlər: rənqidi-realizm, Molla Nəsrəddin, Ölülər, Anamın kitabı, Dəli yığıncağı, hekayələr


Baxış: 251