DOI: https://doi.org/10.36719/2706-6185/56/110-113
Gültac Məmmədli
Bakı Slavyan Universiteti
magistrant
https://orcid.org/0009-0002-3220-0552
mmmdligultac96@gmail.com
Cəmiyyət və iqtisadiyyatın inkişafı fonunda
Azərbaycan təhsilinin transformasiyası
Xülasə
Məqalədə Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın təhsil sisteminə təsiri elmi baxımdan təhlil olunur. Təhsil sahəsində aparılan dövlət siyasəti, islahatlar, kurikulum dəyişiklikləri, rəqəmsallaşma və insan kapitalının inkişafı məsələləri araşdırılır. Təhlil göstərir ki, müasir dövrdə təhsilin transformasiyası cəmiyyətin və iqtisadiyyatın tələbləri ilə sıx bağlıdır və təhsil sisteminin modernləşdirilməsi ölkənin davamlı inkişafının əsas şərtlərindən biridir.
Açar sözlər: təhsil islahatları, təhsilin transformasiyası, sosial-iqtisadi inkişaf, insan kapitalı, rəqəmsallaşma, təhsil siyasəti