Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/47/57-62

Enes Yıldırım

Bakı Dövlət Universiteti

doktorant

https://orcid.org/0000-0001-5258-4034

yildirimenes@mail.ru

 

Cənubi Qafqazda yeni enerji və iqtisadi əməkdaşlıq imkanları:

İkinci Qarabağ müharibəsinin rolu

 

Xülasə

 

Cənubi Qafqaz geostrateji mövqeyinə və enerji zənginliyinə görə mühüm mərkəzə çevrilib. İkinci Qarabağ Müharibəsi regionun geosiyasi strukturunda böyük dəyişiklik edərək enerji dəhlizlərinin, ticarət yollarının və iqtisadi əməkdaşlığın yenidən formalaşdırılmasının zəruriliyini ortaya qoydu. Müharibənin sona çatması ilə yeni enerji tənlikləri ortaya çıxdıqca beynəlxalq aktorlar üçün mühüm imkanlar və risklər yarandı. Xüsusilə Azərbaycanın enerji ehtiyatları və regiondan keçən enerji ötürücü xətləri Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Bu müharibənin nəticələri enerji strategiyalarını, dəhliz təhlükəsizliyini və regional əməkdaşlıq mexanizmlərini yenidən nəzərdən keçirməyə məcbur etdi.

Açar sözlər: Cənubi Qafqaz, İkinci Qarabağ müharibəsi, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, geosiyasət, beynəlxalq münasibətlər


Baxış: 55