DOI: https://doi.org/10.36719/2789-6919/50/114-122
Tahir Məmmədov
Gəncə Dövlət Universiteti
riyaziyyat üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0002-9546-3683
tahir.mammadov@gdu.edu.az
Elçin Cavadov
Gəncə Dövlət Universiteti
texnika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0002-8868-9617
elcin.cavadov@gdu.edu.az
İradə Seyidova
Gəncə Dövlət Universiteti
https://orcid.org/0009-0008-0633-4868
irada.seyidova@gdu.edu.az
Çevik deformasiya olunan sapa eninə zərbə məsələsi
Xülasə
Sənayenin müxtəlif sahələrində elastiklikdən əlavə özlülük xüsusiyyətlərinə malik olan materiallardan da geniş istifadə olunur. Buna görə də bu materialların, liflər şəklində, verilən formalı cisim ilə zərbə vurulduğu zaman fiziki vəziyyətinin təyin olunması əhəmiyyətlidir. Eninə zərbə nəzəriyyəsində aktual və vacib problemdən biri də dönmə nöqtəsində sərhəd şərtlərinin təsnifatı və alınmış həllin fiziki reallığı əks etdirməsidir. İlk dəfə eninə zərbə nəzəriyyəsində Ş.M.Mütəllimov göstərmişdir ki, səs sürətindən böyük hallar üçün dönmə nöqtəsinin arxasında (kəskin kəsilmə dalğasının arxasında) çevik konstruksiyaların gərginliyi mənfi qiymət almır və sap (membran) bu hissədə “qırışır”. O, vuran cismin sürətindən, cismin həndəsi formasından, sürtünmə əmsalından və materialın mexaniki xüsusiyyətindən asılı olaraq kəskin kəsilmə dalğası cəbhəsində sərhəd şərtlərinin təsnifatını vermişdir.
Məqalədə çevik konstruksiyalara eninə zərbə nəzəriyyəsində istifadə olunan əsas anlayışlar haqda məlumatlar verilir. Zərbənin dəyişən sürətli halı üçün çevik sapın əyilmə oblastında hərəkət tənliyi verilir. Xətti özlüelastik (Maksvell modeli) sapa eninə zərbədə, kəskin kəsilmə dalğası cəbhəsində sərhəd şərtləri araşdırılır. Bu cür məsələlərin həlli dalğa mexanikasının inkişafından əlavə, müxtəlif mühəndis problemlərinin həllində, müxtəlif texnoloji məsələlərin həllində də istifadə oluna bilər.
Açar sözlər: eninə zərbə, çevik sap, özlüelastik sap, səs sürətindən böyük rejim, səs sürətindən kiçik rejim, paz, əyilmə nöqtəsi, simmetrik paz