Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/46/299-301

Aydan Cabbarlı

Bakı Dövlət Universiteti

bakalavr

https://orcid.org/0009-0008-1454-2691

aydan.cabbarli2003@gmail.com

 

Çin və Avropa ittifaqının yaşıl texnologiya strategiyaları: qlobal iqlim

dəyişikliyi ilə mübarizədə rəqabət və əməkdaşlıq

 

Xülasə

 

İqlim dəyişikliyi, qlobal səviyyədə təcili və hərtərəfli tədbirlər tələb edən bir məsələdir. Bu məsələyə qarşı mübarizədə yaşıl texnologiyalar mühüm bir rol oynayır. Yaşıl texnologiyalar, ekosistemi qorumaq və karbon emissyalarını azaltmaq məqsədilə inkişaf etdirilən və tətbiq edilən innovativ texnologiyalardır. Çin və Avropa İttifaqı hər iki tərəfi bu sahədə lider mövqeyə getirir və hər iki tərəf iqlim dəyişikliyinin qarşısını almaq üçün müxtəlif yaşıl texnologiyaları təşviq etməkdə və tətbiq etməkdə fəal rol oynayır.Çin, yaşıl texnologiya sahəsində böyük irəliləyişlər əldə etmiş və bərpa olunan enerji sektorunda dünyanın ən böyük bazarını formalaşdırmışdır. Ölkə, günəş və külək enerjisi texnologiyalarında liderdir və elektrikli avtomobillərin istehsalında qlobal bir liderdir. Çin hökuməti, ekoloji mühafizənin təbliği və yaşıl texnologiyaların genişlənməsi üçün güclü siyasətlər və təşviqlər tətbiq edir. Yaşıl texnologiyalar sahəsindəki rəqabət, beynəlxalq bazarda əhəmiyyətli bir iqtisadi güc yaratmışdır.Avropa İttifaqı da yaşıl texnologiyalar sahəsində qabaqcıl ölkələrdən biridir. Aİ, Paris İqlim Sazişi çərçivəsindəki öhdəliklərinə uyğun olaraq karbon emissiyalarını azaltmaq məqsədilə ambisiyalı məqsədlər qoymuşdur. Hal-hazırda Aİ, karbon sıfır emissiyasına keçmək və yaşıl texnologiyaların ticarətini gücləndirmək üçün konkret addımlar atır. Aİ-nin yaşıl texnologiyalar sahəsindəki investisiyaları, eyni zamanda, digər ölkələrlə texnoloji əməkdaşlıq və təcrübə mübadiləsi üçün fürsətlər yaradır.

Hər iki tərəf yaşıl texnologiyaların inkişafı və tətbiqində bir-biriləri ilə rəqabət edirlər, amma bu rəqabət həm də əməkdaşlıq üçün bir potensial yaradır. Bu rəqabət, yalnız hər iki region üçün iqtisadi fayda yaratmaqla yanaşı, qlobal səviyyədə yaşıl texnologiyalarla bağlı innovasiyaların sürətlə inkişaf etməsinə də təkan verir.

Açar sözlər: yaşlı texnologiya, Çin, Aİ, iqlim dəyişikliyi, mübarizə prosesi


Baxış: 56