Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/41/53-61

Sun Quansyao

Bakı Dövlət Universiteti

Doktorant

https://orcid.org/0009-0009-8367-0045

844167974@qq.com

 

Çin və Azərbaycan arasındakı mədəni və iqtisadi əlaqələrdə qardaşlaşmış şəhərlərin rolu

 

Xülasə

2024-cü il noyabrın 19-da Kunmin şəhərində Çin Beynəlxalq Dostluq Şəhərlər Konfransı başa çatıb. Bildirilib ki, bu günə qədər Çin dünyanın 147 ölkəsi ilə dost şəhər münasibətləri saxlayır. Azərbaycanın və Çinin dost şəhərləri Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığının, eləcə də təhsil və mədəniyyət sahəsində yüksək keyfiyyətli inkişafına nail olmaq üçün bir-birini dəstəkləyir. 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransı (COP29) keçirilib. İqlim dəyişikliyi bütün bəşəriyyətin davamlı inkişafı ilə bağlı ciddi problemdir. Forum iştirakçıları Çinin qlobal istiləşmə ilə mübarizədə böyük rol oynadığını qeyd ediblər.

Qardaş şəhərlər və ya qohum şəhərlər həyat, tarix və mədəniyyətlə qarşılıqlı tanışlıq üçün aralarında daimi dostluq əlaqələri qurulmuş şəhərlərdir. Şəhərlər arasında əməkdaşlıq nümayəndə heyətlərinin, bədii və idman qruplarının, sərgilərin, ədəbiyyatın, filmlərin, şəhər həyatına dair fotoşəkillərin və şəhər idarəetmə təcrübəsi haqqında məlumatların mübadiləsində ifadə olunur.

Açar sözlər: dost şəhərlər, qardaş şəhər münasibətləri, tərəfdaş ölkələr, dostluq və əməkdaşlıq


Baxış: 126