Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/48/55-59

Anar Cavadov

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı

hüquq üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0007-0929-6310

vekil_anar@mail.ru

 

Cinayət qanununda yaş məsuliyyətin meyarı kimi

 

Xülasə

 

Cinayətin subyekti qismində qanunla müəyyən edilmiş yaş həddinə çatmış anlaqlı fiziki şəxs çıxış edir. Bu subyekti səciyyələndirən əlamət kimi yaş təkcə hüquqi deyil, sosial, psixoloji və s. aspektlərdən də mühüm əhəmiyyət daşımaqla, hüquqi müəyyənlik prinsipi baxımından ilk növbədə aşağı sərhədlərin təyin olunmasını tələb edir. Həmçinin, müşahidə olunan meyil kimi yetkinlik yaşına çatmayanlar tərəfindən ictimai təhlükəli əməllərin törədilməsində artım çıxış edir ki, bu axı¬nın qarşısını almaq üçün cinayətkar davranışın kriminoloji cəhətlərini araşdırmaq zəruri hal alır. Mövcud yanaşmaların bir hissəsi aşağı yaş hüdudları müəyyən edilən zaman cinayətlərin ağırlıq də¬rəcəsini nəzərə alarkən, digər qismi isə yetkinlik yaşına çatmamış şəxslərin belə əməllərin kriminal xarakterini dərk etmək qabiliyyətinə malik olması məqamına yönəlir. Bu məqalədə biz yetkinlik ya¬şına çatmayanlara cəmiyyətin xüsusi bir təbəqəsi kimi qiymət verərək, yaş meyarını qanunveri¬ci¬liyin nəzəri-praktiki vəziyyəti və diferensial cəzalar kontekstindən təhlil edəcəyik. Buradakı baş¬lıca məqsədimiz bəhsi gedən məsələyə dair baxış bucağını genişləndirməklə, toplumda adekvat yanaş¬ma formalaşdırmaq və gündəmdə olan bu cür hüquqi problemlərin həllinə töhfə verməkdir.

Açar sözlər: yetkinlik yaşına çatmayanlar, cinayətkar fəaliyyət, statistika, minimal yaş, psixolo-giya, məsuliyyət, qanunvericilik


Baxış: 285