DOI: https://doi.org/10.36719/2789-6919/45/220-223
Eltac Osmanov
Bakı Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0004-2938-3313
eltacosmanov7@gmail.com
Coğrafi informasiya sistemləri əsaslı yer quruluşu yanaşmaları,
Şərqi Zəngəzur təcrübəsi
Xülasə
Bu məqalədə Coğrafi İnformasiya Sistemləri (CİS) əsaslı yer quruluşu yanaşmalarının əhəmiyyəti və tətbiq imkanları, xüsusilə Şərqi Zəngəzur bölgəsi nümunəsində təhlil olunur. Şərqi Zəngəzur, azad edilmiş ərazilər sırasında strateji mövqeyi və zəngin təbii resursları ilə yer quruluşu işlərinin səmərəli icrası baxımından xüsusi önəm daşıyır. CİS texnologiyalarının istifadəsi ilə ərazi planlaşdırılması, torpaq ehtiyatlarının qiymətləndirilməsi, infrastruktur layihələrinin koordinasiyası və ekoloji nəzarət daha dəqiq və effektiv şəkildə həyata keçirilə bilər. Məqalədə, CİS-in müasir yer quruluşu proseslərində rolu, onun vasitəsilə əldə edilən üstünlüklər və qarşıya çıxan problemlər araşdırılır, Şərqi Zəngəzurda həyata keçirilən konkret layihələrdən nümunələr təqdim olunur. Nəticədə, bu yanaşmanın digər regionlar üçün də tətbiq oluna biləcək model xarakteri daşıdığı vurğulanır.
Açar sözlər: coğrafi informasiya sistemləri, yer quruluşu, Şərqi Zəngəzur, ərazi planlaşdırılması, torpaq idarəetməsi, rəqəmsal xəritələşdirmə, dayanıqlı inkişaf