Con İrvinqin “Qarpa görə dünya” romanında gender siyasəti və fərdi azadlıq
Xülasə. Məqalədə Con İrvinqin “Qarpa görə dünya” (The World According to Garp, 1978) romanında gender münasibətlərinin necə qurulduğu, harada pozulduğu və harada gizli şəkildə bərpa olunduğu təhlil edilir. Təhlil Raewyn Connell-in gender münasibətləri modelinə, Anna G. Jónasdóttirin “sevgi gücü” konsepsiyasına, Kim McKay-in narratoloji yanaşmasına və Evan Cartonun “mənliyin siyasəti” anlayışına əsaslanır. Romanın feminizmə münasibəti Janice Doane və Devon Hodges ilə Kim Loudermilkin tənqidi fonunda qiymətləndirilir. Nəticədə göstərilir ki, romanda nə feminist ideyalar təbliğ olunur, nə də feminizmə qarşı polemika müşahidə olunur; əsər hər iki düşüncənin ən radikal versiyasını əks etdirən ziddiyyətlər toplusudur.
Bu tədqiqat Con İrvinqin “Qarpa görə dünya” romanını yaxın oxu (close reading) və multidissiplinar nəzəri çərçivədə təhlil edir. Metodoloji olaraq Connell-in maskulinlik iyerarxiyası, əmək, hakimiyyət və kateksis ölçüləri, həmçinin Jónasdóttir-in emosional əmək və "sevgi gücü" konsepsiyaları əsas götürülür. Tədqiqatda cins, gender və gender kimliyi terminləri dəqiqləşdirilərək, Qarp obrazının ziddiyyətli sosial mövqeyi və romanın gender strukturundakı yeri sistemli şəkildə qiymətləndirilir.
Açar sözlər: Con İrvinq, “Qarpa görə dünya”, gender siyasəti, hegemon maskulinlik, sevgi gücü, metafiksiya, feminizm