Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

 

Çörəkbişirmə sənayesində risklərin qiymətləndirilməsi: təhlükələrin hərtərəfli təhlili və onların qida təhlükəsizliyi və keyfiyyət idarəetməsinə təsiri

 

Ruslan Sərdarov

 

Xülasə. Çörək-bulka məhsulları gündəlik qida rasionunda mərkəzi yer tutduğundan, onların istehsalı zamanı təhlükələrin sistemli identifikasiyası qida təhlükəsizliyi üçün vacibdir. Tədqiqatın məqsədi laboratoriya şəraitində əla sort buğda unundan hazırlanmış qəliblənmiş buğda çörəyi nümunəsində bioloji, kimyəvi və fiziki təhlükələrin müəyyənləşdirilməsi, mənbələrinin araşdırılması və HACCP prinsipləri əsasında kritik nəzarət nöqtələrinin əsaslandırılmasıdır. Tədqiqatda təhlil, müqayisə və sistemləşdirmə metodları, fiziki-kimyəvi qiymətləndirmə üçün qravimetrik, titrimetrik və Zavyalov üsulları tətbiq edilmişdir. Elmi yenilik konkret çörək nümunəsi üzrə təhlükələrin mərhələlər üzrə təsnifatının verilməsi və 7 kritik nəzarət nöqtəsindən ibarət HACCP planının hazırlanmasıdır. Praktiki nəticələr çörək istehsalı müəssisələrində qida təhlükəsizliyi nəzarət sistemlərinin formalaşdırılmasında və tədris prosesində istifadə oluna bilər.

 

Açar sözlər: çörək təhlükəsizliyi, HACCP, kritik nəzarət nöqtələri, təhlükələrin identifikasiyası, qida təhlükəsizliyi idarəetməsi, qəliblənmiş buğda çörəyi


Baxış: 4