Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Çoxkanallı radiorele şəbəkəsi üçün tezlik

planlama üsulları

 

Əsəd Rüstəmov1* , Abdulrəhman Babayev2 , Rəşad Əliyev2 ,

Cavanşir Göyüşov3 , Əli Kazımzadə3

 

Xülasə. Müasir dövrdə telekommunikasiya sahəsində baş verən sürətli inkişaf radiorele sistemlərinin inkişafına zərurət yaratmışdır. Xüsusilə mürəkkəb coğrafi şəraitli ərazilərdə radiorele sistemləri etibarlı rabitə vasitəsi hesab olunur. Bu sistemlərin işinin effektiv təşkil olunması üçün qarşıya qoyulan əsas məsələlərdən biri tezlik resurslarının düzgün paylanması və optimal şəkildə planlaşdırılmasıdır. Mövzunun məqsədi çoxkanallı radiorele şəbəkələrində tezlik planlamasının prinsiplərini araşdırmaq, interferensiya problemini təhlil etmək və bu problemlərin aradan qaldırılması üçün effektiv yanaşmaları müəyyən etməkdir. Eyni zamanda, statik və dinamik tezlik planlama üsullarının müqayisəli təhlili aparılaraq onların tətbiq sahələrinin müəyyənləşdirilməsi əsas məqsədlərdən biri kimi çıxış edir. Məqalədə radiorele şəbəkələrində interferensiyanın müxtəlif növləri, o cümlədən eyni tezlikli, yanaşı kanal, çoxşüalı yayılma və elektromaqnit interferensiyası ətraflı şəkildə təhlil edilmişdir. Bu problemlərin həlli üçün anten sistemlərinin optimallaşdırılması, qoruyucu zolaqların düzgün seçilməsi, adaptiv güc nəzarəti və müxtəliflik texnikalarının tətbiqi kimi yanaşmalar təqdim olunmuşdur. Həmçinin, tezlik planlamasında statik və dinamik üsulların xüsusiyyətləri araşdırılaraq, xüsusilə dinamik planlamanın dəyişkən şəbəkə şəraitində üstünlükləri əsaslandırılmışdır. Nəticədə statik və dinamik tezlik planlama üsullarının müqayisəsi göstərir ki, hər iki yanaşma radiorele şəbəkələrində müəyyən şəraitlər üçün uyğun həll təqdim edir. Sabit və az dəyişən şəbəkələr üçün statik planlama kifayət qədər effektiv olsa da, müasir və kompleks radiorele sistemlərində optimal performans əldə etmək üçün dinamik tezlik planlama və ya hər iki üsulun kombinasiyası daha məqsədəuyğun hesab edilir.

 

Açar sözlər: radiorele şəbəkəsi, çoxkanallı rabitə sistemi, tezlik planlaması, tezlik optimallaşdırması, interferensiya, interferensiyanın azaldılması, tezliyin təkrar istifadəsi, statik tezlik planlama, dinamik tezlik planlama

 


Baxış: 62